Eyfel qülləsini partlatmaq istədilər
Tarix: 01.04.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Fransa paytaxtının məşhur abidəsi Eyfel qülləsinə bomba qoyulması ilə bağlı anonim zəngdən sonra 1500 turist Eyfel qülləsindən evakuasiya olunub.
Paris polisinə daxil olan anonim zənglə bildirilib ki, Eyfel qülləsi partladıla bilər. Hətta terror aktının dəqiq vaxtı da açıqlanıb: yerli vaxtla 21:30. Polis müəyyən edib ki, zəng şəhərətrafındakı telefon-avtomatlardan birindən edilib. Ancaq zəng edənləri tapmaq mümkün olmayıb.
Anonim zəngdən sonra xilasedicilər təcili surətdə Eyfel qülləsində və onun ətrafında olan 1500-dək turisti evakuasiya ediblər. 19:15-də başlanmış evakuasiya yarım saat sonra başa çatıb. Axtarışlardan sonra turistlər yenidən Eyfel qülləsinə buraxılıblar. Xilaskarlar axtarış itləri vasitəsilə Eyfel qülləsinin və yaxın ərazilərin bütün dalanlarını yoxlasalar da, heç bir bomba tapılmayıb. Ekspertlər bildirirlər ki, Fransada həmin qüllənin partladılması fransız qoşunlarının Maliyə müdaxiləsinə cavab kimi “Əl-Qaidə”nin qisası ola bilərdi. Məhz bu müharibə səbəbindən fransız turistlər döyüşçülərin girovuna çevriliblər və terroristlər döyüş əməliyyatlarını Avropa dövlətlərinin ərazisinə daşımağa öz veriblər.
Xatırladaq ki, 1889-cu ildə Eyfel qülləsinin tikintisindən sonra bir çox parisli “şəhərin simasını korlayan eybəcər tikili”ni götürməyi tələb etmişdi. Qüllə Ümumdünya Paris Sərgisi üçün tikilmişdi və 20 il sonra sökülməsi planlaşdırılırdı. Lakin hərbiçilər tikilidən öz məqsədləri üçün istifadə etdiklərindən qüllənin sökülməsi dayandırılmışdı.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info