2016-cı il temperatur artımına görə rekord təyin edə bilər
Tarix: 15.11.2016 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


2016-cı il müşahidə tarixində ən isti il ola bilər. İlkin məlumata görə, orta qlobal temperatur sənayeləşmə dövrünə qədər olan göstəriciləri Selsi üzrə 1,2 dərəcə ötüb. Bu məlumat Dünya Meteorologiya Təşkilatının BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyası iştirakçılarının Mərakeşdə keçirilən konfransına təqdim etdiyi məruzədə yer alıb.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Dünya Meteorologiya Təşkilatı ekspertlərinin fikrincə, 17 rekord isti yaydan 16-sı bu əsrin payına düşür. Onlar, həmçinin uzunmüddətli istiləşməyə və atmosferdə istixana qazları konsentrasiyasının artmasına dair rekord göstəricilər barədə məlumat veriblər.
Buz örtüyünün Qrenlandiyada ərimə sürəti və Arktikada çox aşağı parametrləri BMT-də narahatlıq doğurur. Dünya Meteorologiya Təşkilatının direktoru Petteri Taalasın sözlərinə görə, Rusiyanın bəzi arktik regionlarında temperatur orta həddən Selsi üzrə 6-7 dərəcə yüksəkdir. Okeanın temperaturu da orta həddən çox olub ki, bu da ekosistemin pozulmasına və mərcanların solmasına gətirib çıxarıb. Avstraliya sahillərində Böyük Sədd rifinin bəzi yerlərində mərcanların 50 faizi məhv olub. 2014-cü ilin noyabr ayından 2016-cı ilin fevralına qədər dəniz səviyyəsi 15 millimetr yüksəlib.
Ekspertlərin fikrincə, daşqınlar və qeyri-adi isti hava iqlim dəyişikliyi səbəbindən daha tez-tez baş verir. Dəniz səviyyəsinin yüksəlməsi tropik siklonlarla bağlı qasırğa təhlükəsini artırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
4 Ətli dovğa
5 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info