Rusiya Azərbaycanla sərnişin və yük daşımalarının artırılmasında maraqlıdır 
Tarix: 15.11.2016 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


"Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq mövcud müqavilələr və razılaşmalar əsasında həyata keçirilir. Hal-hazırda iki ölkənin nəqliyyat qurumları ölkələrimizin avtomobil nəqliyyatında ikitərəfli və tranzit sərnişin və yük daşımaları üzrə tələbatını tam həcmdə təmin edir". Bunu APA-nın Moskva müxbirinə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib.
 
Nazirin sözlərinə görə, bu il Rusiya və Azərbaycanın Nəqliyyat Nazirliklərinin nümayəndələrinin bir neçə görüş keçirilib və görüşlərdə qarşılıqlı fəaliyyətin inkişafına dair aktual məsələlərə baxılıb: "Belə ki, oktyabrda Rusiya ilə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair birgə komissiyanın növbəti iclası keçirilib. Həmin iclasda tərəflər avtomobil nəqliyyatı sahəsində əməkdaşlığa dair vacib məsələləri müzakirə ediblər. Bundan başqa komissiyanın iclasında avtomobil nəqliyyatında yükdaşımaların həcminin artması ilə əlaqədar Rusiya və Azərbaycan tərəfindən ölkələrimiz arasında yüklərin daşınması üçün icazələrin sayının artırılması barədə qərar qəbul olunub".

M. Sokolov dəmiryolu nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasındakı mövcud münasibətlərə də toxunub. Nazir dəmiryolu nəqliyyatı sahəsində ikitərəfli və tranzit yükdaşımaların inkişafına istiqamətlənən "Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında konstruktiv qarşılıqlı fəaliyyətin olduğunu qeyd edib.
 
Rusiyalı naziri iki ölkə arasında hava və dəniz nəqliyyatının inkişafı perspektivlərindən də danışıb: "Ümid edirəm ki, bu ilin sonuna kimi hava və dəniz nəqliyyatının inkişafı ilə bağlı danışıqlar baş tutacaq. Fikrimcə, bu danışıqlarda ölkələrimiz arasında hava və dəniz nəqliyyatında sərnişin və yük daşımalarının həcminin artırılması üçün əlverişli şəraitin yaradılması məsələlərinə baxılacaq".
 
İki ölkə arasında yol təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına toxunan M. Sokolov bildirib ki, bu baxımdan Samur çayı üzərində yeni avtomobil körpünün tikintisi böyük əhəmiyyətə malikdir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info