Suriyadakı müharibə xalqa nə verdi?
Tarix: 01.04.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Suriyada artıq iki ildir ki, Əsəd hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxan qüvvələr hələ də vəd etdikləri kimi demokratiyanı bərqərar edə bilmirlər. Suriyada problemlər mövcuddur və başlayan silahlı mübarizə hakimiyyətlə xalqın arasında olan fikir ayrılığının mövcudluğundan xəbər verir. Lakin bu mübarizə zaman ötdükcə böyük qüvvələrin regionda üstünlüyü ələ almaq üçün apardığı nüfuz müharibəsi xarakterini alır.
Bir tərəfdə Rusiya-İran, digər tərəfdə isə Qərb ölkələri cəbhələşərək nüfuz dairəsi uğrunda mübarizə aparırlar. Bu mübarizədən əziyyət çəkən isə sadə xalqdır. Suriya xalqı ətraf ölkələrə səpələnib. BMT-nin ötən ay verdiyi hesabata əsasən, Suriya qaçqınlarının sayının 1 milyon nəfəri ötdüyü və qaçqınların yarısını uşaqların təşkil etdiyi bildirilir. 2 milyon qadın və uşağın isə müharibədən əziyyət çəkdiyi bildirilir. Bütün ölkə iqtisadiyyatı dağılmış, bərbad vəziyyətdədir. Şəhərlər, kəndlər savaş meydanına çevrilib. Ölkənin əsas iqtisadi, mədəni mərkəzlərindən olan Hələb şəhəri yer üzündən silinmək təhlükəsi qarşısındadır. Ölkədə hər gün onlarla, yüzlərlə insan öldürülür. Bəs Suriya xalqı bunumu istəyirdi? Təsir dairəsi üçün gedən bu mübarizədə əziyyət çəkən xalqdır. Xalqın on illər, yüz illər boyu qurub düzəltdikləri bir anın içində yox olub gedir. Son verilən açıqlamalarda Hələbdə uşaqların yalnız 6%-nin məktəbə getdiyi bildirilir. Bu isə indiki hadisələrin Suriyanın gələcəyini də böyük təhlükəyə sürükləməsindən xəbər verir. Çünki məktəbə getməyin mümkün olmadığı müharibə gedən ölkələrdə uşaqların silahlandırıldığının, düşməni tələyə salmaq üçün “yem” kimi istifadə edildiyinin dəfələrlə şahidi olmuşuq. Eyni zamanda müharibə uşaqların öz valideynlərini itirib başsız qalmalarına da səbəb olur. Son nəticədə belə uşaqların əksəriyyəti cinayətkar ünsürlərin alətinə çevrilir və böyüyəndə özləri də cinayətkar olur. Suriyada problemin olduğunu heç kim inkar etmir. Lakin müharibədən əvvəlki və indiki şəraiti gəlin qarşılaşdıraq. Nə dəyişdi? Bütün problemləri silahlı mübarizə ilə həll etmək mümkün oldumu? Əlbəttə ki, yox. Ölkə günü-gündən daha dərin uçuruma sürüklənir. Problemləri silahla yox, danışıqlarla tədricən həll etmək lazım idi. Bölgədə proseslərin gedişini nəzərə alaraq burada böyük dövlətlər arasında ziddiyyətlərin müharibənin başladığı dövrdən artıq yetərincə kəskinləşdiyini demək mümkündür. Danışıqlar zamanı Suriyanın dövlət maraqları qorunmaqla böyük dövlətlərlə birgə əməkdaşlığın yollarını tapmaq mümkün idi. Danışıqlar uzana bilərdi. Lakin ən pis danışıqlar belə müharibənin olmasından daha yaxşıdır. Heç olmasa, bu qədər qan axmazdı. Hazırda isə Suriya öz dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısındadır. Ölkə terrorist qruplaşmaların yuvasına çevrilib. Suriyanın indiki ürək ağrıdan mənzərəsi ölkənin müharibədən sonrakı 50 il ərzində ancaq düzələ biləcəyəni proqnozlaşdırmağa imkan verir. Çünki ölkədə bir-birinə qarşı qoyulan qüvvələrin bir-birilə hansı şərtlər altında barışığa gedəcəyini demək mümkün deyil. Suriyanın bir dövlət kimi öz müstəqilliyini qoruyub saxlaması üçün bu qüvvələrin silahları yerə qoyaraq ümumi barışığa gedib ümumi dövlət maraqlarından çıxış etməsi mütləqdir. Eyni zamanda ölkədə dini məzhəb zəminində də insanlar bir-birinə qarşı qoyulur. Bu da pərdəarxası qüvvələrin Suriyanı bir dövlət kimi istədikləri vaxt parçalaya bilməsi üçün həyata keçirilən prosesdir. BMT-nin isə Suriyadakı böhranı aradan qaldırmaq üçün hazırladığı planlar, təkliflər isə hələ ki yalnız kağız üzərində qalıb. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bu da beynəlxalq aləmdə böyük dövlətlərin maraqlarının beynəlxalq hüquq normalarından daha üstün olduğunu göstərir. Suriyada terrorist qruplaşmaların özünə münbit şərait tapması isə ölkədəki prosesləri daha gərgin məcraya sürükləyir. Hakimiyyət boşluğundan istifadə edən narkotik, insan və silah tacirlərinin buradan tranzit ölkə kimi istifadə edəcəkləri heç kimdə şübhə oyatmır. Bu isə ölkədə gələcəkdə baş verə biləcək problemlərin ilk rüşeymləridir. Suriya hadisələri ölkəmizə də təsirsiz ötüşmədi. Belə ki, Suriya ermənilərinin Ermənistan dövləti tərəfindən qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülüb yerləşdirilməsi ölkəmizdə ciddi narahatlığa səbəb oldu.
Azərbaycanda baş verən son hadisələr burada Suriya ssenarisini həyata keçirmək istəyən qüvvələrin olduğunu üzə çıxardı. Əfsuslar olsun ki, ölkə daxilində onlara yardımçı olan təşkilat və şəxslər var. Problemləri danışıqlar masası arxasında tədricən islahatlar aparmaq yolu ilə həll etmək lazımdır. Çünki Azərbaycan müharibə şəraitində olan dövlətdir və düşmənimiz olan Ermənistan pusquda dayanıb Azərbaycanın ayağının büdrəməsini gözləyir. Xalqımız müstəqil dövlət qurmaq üçün minlərlə şəhid verib, bu yolda çox çətinliklərə sinə gərib. İndi də daxili problemlərimizi özümüz bir yerdə həll etməli, xarici qüvvələrin daxildəki uzantılarının burada öz çirkin planlarını həyata keçirmələrinə qarşı olmalıyıq. Çünki bu dövlət hamımızındır və əgər biz aldanıb növbəti səhvə yol versək, bunu bizə gələcək nəsillər bağışlamaz.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info