Assambleya prezidenti almaniyalı millət vəkili ilə görüşüb
Tarix: 15.11.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycnlıları Prezidenti, Rəşad Quliyev Almaniya Federativ Respubliksının Nordrhein Westfalen əyalətinin parlament üzvü , CDU Pariyasının rəhbərliyində təmsil olunan (hazırda iqtidarda olan Xristiyan Demokratlar Partiyası) Serap Güler xanımla görüş keçirmişdir. Görüşün əsas istiqamətinin DAA-nın məqsad və məramı haqqında millət vəkilinə məlumat vermək eyni zamanda gələcəkdə CDU ilə DAA arasında əməkdaşlıq perespektivlərini müzakirə etmək olub. Əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat vermək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqıları və toplumları ilə işbirliyi yaradaraq qarşılqlı hörmət və dostluq səviyyəsində fəaliyyət keçirmələri olduğunu söyləyən Rəşad bəy, eyni zamanda Dağlıq Qarabağın işğal edildiyi faktının da dünyaya çatdırılması və diplomatik səviyyədə bu məsələnin həll edilməsinə nail olmaqdan ibarət olduğunu demişdir.
Öz növbəsində Serap xanım Azərbaycan haqqında bilgisinin olduğunu bildirmiş, Assambleyanın fəaliyyətinin onun özü üçün də maraqlı olduğunu qeyd etmişdir.
Görüşün sonunda Serap Güler xanım DAA ilə NRW parlamenti, həmçinin CDU partiyası arasında gələcək əməkdaşlığın qurulmasına öz tərəfindən dəstək verəcəyini , beləliklə rəsmi qurumlar və Assambleya arasında əməkdaşlıq körpüsünün yaradılmasına tövhə verəcəyini bildirmişdir.
Daha sonra Rəşad bəy millət vəkili Serap Güler xanımı 04.02.2017 tarixində Kölndə keçiriləcək “Dünya Azərbaycanlıları Köln Forumu” – na dəvət etdi. O da bu tədbirə qatılacağını, özü ilə yanaşı CDU partiyasının fəal siyasətçilərini də dəvət edəcəyini bildirdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info