“AtaTexnologiya” “HRM360”-ı təqdim edib
Tarix: 14.11.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


“AtaTexnologiya” şirkətinin yeni proqram təminatı - “HRM360”-nın təqdimatına həsr edilmiş konfrans keçirildi. “AtaTexnologiya” şirkətinin mütəxəssisləri tərəfindən “Maykrosoft” proqramlaşdırılması qərarı əsasında yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulmuş və HR mütəxəssislər tərəfindən istifadəyə hesablanmışdır. Konfransda HR sahəsində mütəxəssislər iştirak etdilər.
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarını “HRM360”-ın texniki və unikal imkanları ilə tanış etdi: “Proqramda əməkdaşların öz məlumatlarına çıxış imkanı vardır. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerin iş vaxtına qənaət əldə edilir. Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir”.
Konfransının gedişində «HRM360» -ın proqram təminatı ilə işi nümayiş etdirilmiş və ondan istifadə haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Sonra “AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə qeyd etdi: “Proqram təminatı bazarında uzun illər işlədiyimiz müddət ərzində Azərbaycanda insan resursları üzrə əhatəli proqram təminatının olmadığı aydın oldu. Profili fərqli olan müəssisələrdə 10 illik proqramlaşdırma təcrübəsinə sahib olaraq, biz bu proqramı insan resursları üzrə şöbələrin tələbatlarını nəzərə almaqla hazırlamışıq. Proqram bütün mümkün fəaliyyət sahələrində istənilən kommersiya strukturunun HR üzrə qarşılıqlı əlaqəsini təmin edir”.
“AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” tərəfindən təsis edilmişdir və yarandığı gündən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərərək, dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. “Microsoft”, «НР», «Netsis A.Ş», «Oracle» şirkətlərinin, antivirus sistemləri olan Symantec”, “Kaspersky” и “Dr.web” şirkətlərinin yerli tərəfdaşıdır, yerli bazarda bisness intelligence” istiqamətində xidmətlər göstərir. “AtaTexnologiya” şirkəti uzun illərdir ki, mühasibatlıq, anbar, satış, logistika, istehsal, insan resursları və s. avtomatlaşdırılması üzrə müxtəlif proqramların satışqabağı adaptasiyası ilə məşğul olur, iri müəssisə və təşkilatlarda bir sıra uğurlu layihələr həyata keçirmişdir.

Fuad






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info