«ArmenianReport»:” Ermənistanın taleyi məsələsində ölkə rəhbərliyinin rolu sürətlə aşağı düşür”
Tarix: 15.11.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Ermənistanın «ArmenianReport» saytında dərc edilən bir yazı ermənilərin hansı təşviş içində olduğundan xəbər verir. Onların son ümid yeri kimi, baxdıqları Moskvanın son hərəkətlərindən əndişələniblər. Yazıda deyilir: «Dünyada baş verən son olaylar Ermənistanı narahat etməyə bilməz. Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı artıq iki supergüc arasında əlaqələrin əhəmiyyətli, hətta radikal formada dəyişməsindən xəbər verir. Təbii ki, bu da dünyanın yaşam tərzinə təsirsiz ötüşməyəcək. Əlbəttə, belə bir mühüm mesajın xəsisliklə yayılması, əslində çox mətləblərdən xəbər verir. Qeyd edilməlidir ki, bu, iki dövlətin prezidentləri arasında sadə telefon danışığı kimi qəbul edilməməlidir. Bu, Rusiya və ABŞ arasındakı əlaqələrdə fundamental dəyişikliklərin olacağından xəbər verir.
Xatırladaq ki, Rusiyada "Başneft"in özəlləşdirilməsi ilə bağlı ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev rüşvət ittihamı ilə həbs edilib. Ona qarşı cinayət işi qaldırılıb. Əlbəttə, bu açıq səmada birdən-birə ildırım çaxması kimi dəyərləndirilməklə yanaşı, Moskvanın himayəsi altında olan dövlətlərə də müxtəlif dərəcədə təsir edir. Təbii ki, Ulyukayevin tələb etdiyi rüşvət əyləncə məbləği kimi də göstərilə bilər. Hazırkı Rusiyada iki milyon dollara görə,iqtisadi inkişaf nazirindən aşağı vəzifədə olan sıravi məmur belə, öz şirin yuxusuna haram qatmağı özünə rəva bilməz. Əlbəttə, Rusiyada iki milyon dollarlıq rüşvəti kölgədə qoyan, bundan dəfələrlə artıq rüşvət alanlar barədə xəbərlər almışıq. Bəs, indi nələr baş verir? Bunun təkcə Ulyukayevlə məhdudlaşacağı da inandırıcı görünmür.
Başqa bir məqam Moldova ilə bağlıdır. Belə ki, bu ölkədə keçirilən prezident seçkilərində keçmiş iqtisadiyyat naziri İqor Dodon qalib gəlib. O, artıq Avrasiya İqtisadi İttifaqı ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib. Moldova əhalisinin 65 faizinin Rusiyanı dost ölkə kimi tanıdığını bildirən Dodon Krımın da Rusiya torpağı olduğunu bildirib. Təbii ki, Kişinyov artıq əmindir ki, Ukrayna tərəfdən qıcıqla qarşılanan bu bəyanat Vaşinqton tərəfindən Moldovaya qarşı heç bir təzyiqə səbəb olmayacaq.
Təbii ki, belə bir təziyi artıq Bolqarıstan dövlətini də gözləmir. Bu ölkədə hakimiyyətə gələn hərbçi Rumen Radevin ölkəsini Avropa Birliyindən geri çağıracağı fikri (inandırıcı görünməsə də), onun Rusiya ilə əhəmiyyətli yaxınlaşması,artıq asanlıqla proqnozlaşdırıla bilər.
Əlbəttə, bütün baş verənlər Ermənistanı narahat etməyə bilməz. Əslində, bizim son ümidimiz-Rusiya işğalından qurtulmaq ümidimiz də, cöz görə-görə dağılmağa başlayıb. Trampın qələbəsi Putinə ölkəmizə qarşı istənilən hərəkəti etməyə indulgensiya verir. Bizimlə bir təşkilatda olsa belə, Azərbaycana isti münasibət nümayiş etdirən Belorus və Qazaxıstana qarşı Rusiya hər hansı bir addım atacaqmı? Rusiya ilə yanaşı, Belorus da, hələ Azərbaycana silah satmaqda davam edirlər və belə görünür ki, bu, davam edəcək. Lakin bizim dövlət rəhbərliyi hələ də buna heç bir reaksiya verməyib. Ermənistanın taleyi məsələsində ölkə rəhbərliyinin rolu sürətlə aşağı düşür. Belə görünür ki, bütün bunlar Kremlin istəyi ilə Ağ Evlə razılaşma əsasında həyata keçirilir».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info