Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə İşçi Qrupu yaradıb
Tarix: 15.11.2016 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi işçiləri və ekspertlərindən ibarət birgə İşçi Qrupu yaradılıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2013-cü ildə yeni təhsil naziri təyin olunanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən birgə işçi qrupun yaradılması təklif edilib. Azərbaycanda yeni tətbiq olunan kurrikulumun nəticələrinin hər il müzakirə olunmalı olduğunu deyən M.Abbaszadə vurğulayıb ki, bu ilin aprel ayında Dövlət İmtahan Mərkəzi formalaşandan sonra Təhsil Nazirliyi  bu təkliflərlə razılaşıb: “Bu işçi qrup şagirdlərin nəticələrini birgə təhlil edərək IX sinif buraxılış imtahanının yeni modelini razılaşdırılıb. Bu yeni qaydalar "Abituriyent" jurnalının bu həftə ərzində işıq üzü görəcək xüsusi nömrəsində əks olunacaq". Onun sözlərinə görə, yeni qaydalar hazırda Ədliyyə Nazirliyi və Nazirlər Kabinetində hüquqi müstəvidə təsdiqlənmə prosesindən keçir: "Bu proseslər bir qədər zaman alır. Amma imtahana hazırlaşan şagirdlər üçün imtahanın məzmunu vacibdir. Artıq imtahanın modeli və məzmunu təsdiqlənib. Bu məsələyə hüquqşünaslar müdaxilə edə bilməzlər. Çünki bu məsələ 2 təşkilat -Təhsil Nazirliyi  və Dövlət İmtahan Mərkəzi arasında razılaşdırılıb”.
M.Abbaszadə buraxılış imtahanlarında yeni fənlərin əlavə edilməsini məqsədəuyğun hesab etmədiyini deyib. Onun sözlərinə görə, şagird Riyaziyyat fənnini az mənimsəyibsə, onu digər fənlərdən, məsələn, Fizikadan testə cəlb etmək düzgün deyil. Əgər imtahanda 30% uşaq boş vərəq verirsə, Fizikadan  60% boş vərəq verəcək. Çünki Riyaziyyatın bünövrə yoxdursa, Fizikanı mənimsəyə bilməyəcək. Bundan əlavə, Ana dili fənninə aid olan standartlar biri də mətni anlamaqdır. Biz görürük ki, bu gün uşaqlar standarta uyğun tapşırıqları yerinə yetirə bilmir. Məsələni araşdıranda görürük ki, V-VI sinif şagirdləri sürətlə oxumağı bacarmır, mətnləri heca ilə oxuyurlar. Buna görə də mətni verilən vaxta uyğun oxuyub cavab verə bilmirlər”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info