19,5 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib
Tarix: 15.11.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Cari ilin yanvar-oktyabr aylarında nazirlik tərəfindən 19 min 500 nəfərdən çox əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Belə ki, qeyd olunan dövrdə nazirliyin əlillərin bərpa mərkəzlərində 6 900 nəfər əlil şəxs bərpa-müalicə xidmətləri ilə təmin olunub. Kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə onların reabilitasiya potensiallarının reallaşdırılması istiqamətində işlər aparılıb. Həmçinin 128 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın (valideynlərindən biri ilə bərabər) xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.
Cari ilin 10 ayında 12 511 nəfər əlilliyi olan şəxs isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunub. Onlara ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 946 ədəd aşağı və yuxarı ətraf protezi, 2 231 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 2 165 ədəd əsa, 2 819 cüt protez ayaqqabı, 7 623 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s.) verilib.
Eyni zamanda respublikanın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri göstərilib. Əlilliyi olan insanlar elə yaşadıqları rayon və ya şəhərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin ediliblər.

Tural





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info