Tələbələrin bayram konserti
Tarix: 15.11.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə və 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş “Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan!” adlı konsert proqramı keçirilib.
Konsertdən öncə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillyin bugünkü nailiyyətlərindən, Milli Dirçəliş Gününün tarixindən danışıb. Qeyd olunub ki, milli müstəqilliyimizin yenidən qazanılmasının təməli məhz Naxçıvanda, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə taleyüklü tarixi qərarların qəbul edilməsi ilə qoyulub. Tarix boyu öz əlverişli siyasi-coğrafi mövqeyi, təbii sərvətlərinə görə işğal və əsarət zülmü ilə üz-üzə qalan Azərbaycan bu gün öz müstəqil siyasəti, demokratik inkişafı ilə beynəlxalq arenada qətiyyətli nüfuz və söz sahibinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 11 oktyabr 2016-cı il tarixli Sərəncamının əhəmiyyətindən danışan rektor milli müstəqilliyin milli elm və təhsilin, mədəniyyət və incəsənətin tərəqqisindəki müstəsna rolunu vurğulayıb, bugünkü konserti həm də İncəsənət fakültəsini hesabatı kimi dəyərləndirib. Konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. İlk olaraq Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, dosent Validə Hüseynovanın xormeysterliyi ilə Qara Qarayevin “Xoşbəxtlik” kontatası ifa olunub. Solo oxuma ixtisasının tələbələri İlkin Abdullayev, Rüstəm İbrahimov, Məhərrəm Quliyev tanınmış bəsətkarlardan Elza İbrahimova, Ələkbər Tağıyev və Əlibaba Məmmədovun repertuarından olan, vətən sevgisini tərənnüm edən mahnıları yüksək professionallıqla ifa ediblər. Fortepiano kafedrasının saathesabı müəllimi Bəhruz Quliyevin, Aktyor sənəti ixisası üzrə III kurs tələbəsi Ləman Vəliyevanın oxuduqları Faiq Sücəddinovun “Azərbaycanım” və Hüseyn Abdullayevin “Azərbaycan”, kvartetin ifa etdiyi “Azərbaycan, anaların anası” kimi mahnılar alqışlarla qarşılanıb. Fakültə dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın şəxsi müşaiyəti ilə xor tərəfindən ifa olunan “Yaşasın müstəqil Azərbaycan!” adlı yeni mahnısı tədbirə bayram əhval-ruhiyyəsi bəxş edib. Konsert proqramı Azərbaycan xalqının dahi oğlu, mümummilli lider Heydər Əliyevin müdrik kəlamları ilə sona çatıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info