Cəfər Cəfərov Qafqaz Universitetləri Birliyinin sədri ilə görüşüb
Tarix: 15.11.2016 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov noyabr ayının 15-də universitetdə Türkiyə Respublikasının Qafqaz Universitetləri Birliyinin sədri, professor Ramazan Korkmazla görüşüb. Görüşdə ADPU-nun Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev, Dövlət nümunəvi sənədlərlə və tələbələrlə iş bölməsinin müdiri Şəhla Əhmədova iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonağı salamlayaraq görüşün keçirilməsindən məmnun qaldığını bildirib. Tanışlıq xarakteri daşıyan görüşdə rektor rəhbərlik etdiyi universitet haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində universitet ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda ADPU-nun 5 filialı-Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir. Təhsil naziri Mikayıl Cabbarovun 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb builki tədris ilindən ADPU-nun baza məktəbi kimi müəyyənləşib ki, bu da ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
Baş verən struktur dəyişiklikləri nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, professor-müəllim heyətinin və tələbə kollektivinin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır.
Qafqaz Universitetləri Birliyinin sədri, professor Ramazan Korkmaz ADPU-da bu görüşün keçirilməsindən məmnun qaldığını ifadə edərək universitetin rəhbərliyinə və kollektivinə uğurlar arzulayıb, əməkdaşlıq əlaqələrinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Görüşdə müasir dövrdə pedaqoji kadr hazırlığı və bununla bağlı ADPU-nun qarşısında duran vəzifələr, ADPU ilə Qafqaz Universitetləri Birliyi arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən müəllim və tələbə mübadiləsi, beynəlxalq simpozium və konfranslarda birgə iştirak etmək məsələləri müzakirə edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
03.12.2020
Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri - VİDEO
03.12.2020
Laçın şəhərinin görüntüləri – VİDEO
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info