Geofizik alim və tanınmış karikatura ustası
Tarix: 01.04.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm və texnika xadimi Kərim Kərimovun “Azərbaycanın neft-qaz potensialı” monoqrafiyasının və “Haqq və ədalət uğrunda” kitab-albomunun təqdimat mərasimi keçirildi. Tədbirdən öncə müəllifin karikaturalarından ibarət sərgi ilə tanışlıq oldu.

Təqdimat mərasimini giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yeni elmi, elmi-kütləvi, bədii nəşrlərin geniş ictimaiyyətə təqdimatının ənənə halı almasının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, görkəmli geofizik alim, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli Kərim Kərimovun Azərbaycan neft sənayesinin inkişafında xüsusi rolu var. 600-ə yaxın elmi əsərin müəllifi, beynəlxalq səviyyədə şöhrət qazanan alim çoxillik elmi-tədqiqatlar nəticəsində dünyada ilk dəfə olaraq Azərbaycanın neft ehtiyatını 7-8 milyard ton, qaz ehtiyatını 10 trilyon həcmində qiymətləndirib.
Universitetin rektoru, akademik İsa Həbibbəyli “AMEA-nın müxbir üzvü Kərim Kərimovun yaradıcılığında karikatura janrı” mövzusunda məruzə edərək 6000-dən çox karikatura və siyasi plakat müəllifi Kərim Kərimovun milli karikatura janrının əsasını qoyan mollanəsrəddinçi karikatura məktəbinin layiqli davamçısı olduğunu vurğuladı. Müxtəlif ölkələrdə 19 fərdi sərgisi keçirilən karikaturaçı rəssamın “Oğuz Eli” nəşriyyatında nəfis tərtibatla yenicə işıq üzü görmüş “Haqq və ədalət uğrunda” kitab-albomunda erməni terrorizmini və təcavüzkarlığını, onların separatçılıq siyasətini ifşa edən, Azərbaycanın haqq-ədalət uğrunda mübarizəsini, sülhsevər siyasətini, beynəlxalq terrorizm əleyhinə mübarizəsini əks etdirən karikatura və siyasi plakatların professionallığından, ideya və mövzu aktuallığından bəhs etdi.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Kərim Kərimovun tədqiqatlarında Azərbaycanın neft-qaz potensialı problemləri” mövzulu məruzəsində bildirdi ki, 7 fəsildən, Azərbaycan, rus və ingilis dillərində verilmiş giriş və nəticədən, çoxsaylı ədəbiyyat siyahısından ibarət yeni monoqrafiya Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının üzə çıxarılması, onlardan səmərəli istifadə ilə bağlı əhəmiyyətli elmi yeniliklərlə zəngindir. Azərbaycanın neft siyasətini, təbii yanacaq ehtiyatlarını dərindən bilən alimin yeni kitabı Yer elmləri üzrə mütəxəssislər, Qafqaz ərazisi və Xəzər dənizi üzrə axtarış-kəşfiyyat aparan mütəxəssislər üçün də faydalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm və texnika xadimi Kərim Kərimov ürək sözlərini söyləyərək Azərbaycanın dinamik inkişafından, milli elmin və təhsilin tərəqqisindən danışdı, muxtar respublika və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşdü, tədbirin təşkilatçılarına minnətdarlıq etdi.
Sonda müəllif kitablarını tədbir iştirakçılarına hədiyyə etdi.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info