İraqı ordusu Mosulun şərq hissəsinin üçdəbirini ələ keçirib
Tarix: 16.11.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


İraq Daxili İşlər Nazirliyinin nümayəndəsi, briqada generalı Saad Maan irimiqyaslı əməliyyatların keçirildiyi bir ay ərzində hökumət qüvvələrinin Mosul şəhərinin şərq hissəsinin üçdəbirini “İŞİD” yaraqlılarından azad etməyə müvəffəq olduğunu bildirib.
General, həmçinin Mosul şəhərinin cənubunda qruplaşmanın 955 üzvünün öldürüldüyünü və 100 nəfərin əsir götürüldüyünü deyib. Əməliyyatlar zamanı koalisiya qüvvələrinin itkiləri barədə isə məlumat verilmir. Mosul əməliyyatları ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə bir neçə güc strukturu tərəfindən həyata keçirir. Şimaldan və şərqdən şəhərə ordu və anti-terror birləşmələri hücum edir. Onlar artıq Mosulun şərqindəki bəzi məhəllələrə daxil ola bilib. Şəhərin şimalında kürdlərin silahlı birləşmələri yerləşib. Şimaldan “İŞİD” qruplaşmasının İraqdakı “paytaxtına” doğru federal polis qüvvələri irəliləyir. Cənub-qərbdə isə şiələrin “Əl-Həşd əş-Şəəbi” qruplaşmasının yaraqlıları şəhərin Suriya ilə yolunu bağlamağa çalışır. Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. 1,3 milyon əhalisi olan İraqın ən böyük ikinci şəhəri iki ildən artıqdır ki, “İŞİD” qruplaşmasının nəzarəti altındadır.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info