Avropada yoxsulların sayı artıb
Tarix: 16.11.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“2016 Sosial Ədalət İndeksi” adlı hesabata görə, Avropada bütün gün çalışmaqla birlikdə yoxsul olmaq təhlükəsi ilə qarşılaşanların sayı artıb. Bu sinfə daxil olanların ümumi çalışanlar arasındakı payı 2013-cü ildən bu yana 7,2 faizdən 7,8 faizə yüksəlib.
Bertelsmann Fondu tərəfindən aparılan araşdırmada qeyd edilir ki, Avropa Birliyi ölkələri maliyyə böhranının mənfi təsirlərindən xilas olmağa çalışsalar da, məşğulluq bazarında ümid edilən nəticələr əldə olunmayıb. Hesabatda qeyd edilir ki, 28 AB ölkəsində 118 milyon avropalı yoxsulluq və sosial təcrid təhlükəsinə məruz qalıb. Aşağı ödənişli işlərin artması ilə məşğulluq bazarı “nizamlı” və “tipik olmayan” qollara ayrılıb. AB ölkələri arasında Almaniya bu göstəricidə 6,66 xalla 7-ci sırada yer alıb. İsveç isə ictimai ədaləti ən çox reallaşdıra bilən AB ölkəsidir. 35 meyara görə hazırlanan araşdırmada yoxsulluq, təhsil, məşğulluq bazarı, səhiyyə və nəsillər arası ədalət kimi məsələlərə toxunulub.
Araşdırmada Almaniyada yoxsulluq riskinin artdığı və təhsil sistemində varlı seqmentin üstün olduğu ifadə edilir. Bütün gün işdə çalışanlar arasında yoxsulluq təhlükəsi ilə qarşılaşanların nisbəti 2015-ci ildə 7,1 faizə yüksəlib. Araşdırmanı hazırlayan mütəxəssislər Almaniyada kasıblıq riski olanların artmasına işarə edirlər. Bertelsmann Fondunun idarə heyətinin başçısı Aarti De Geus, Sosial Ədalət İndeksi ilə əlaqədar qiymətləndirilməsində bildirib ki, bütün gün işləmək normal dolanmağı da təmin etməlidir.
Nigar





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info