Vergilər Nazirliyinin həyata keçirdiyi mütərəqqi islahatlar müasir prinsiplərə söykənir
Tarix: 16.11.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir.Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu sözləri nazirliyin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Zaur Fətizadə nazirlikdə TAIEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda aparılan tədqiqatla bağlı Avropa İttifaqının missiyası ilə görüşdə bildirib.
Zaur Fətizadə ölkədə aparılan vergi siyasəti, Vergilər Nazirliyinin fəaliyyətinin əsas istiqamətləri və görülən işlər barədə məlumat verib.
Vurğulayıb ki, dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir. Belə bir sistemin qurulması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi mütərəqqi islahatlar müasir prinsiplərə söykənir və bu prinsiplər bütövlükdə milli vergi sisteminin inkişafının elmi əsaslarla aparıldığının, strateji təhlil və innovasiyalardan istifadəyə verilən önəmin əhəmiyyətini bir daha göstərir.
Qonaqlara Vergilər Nazirliyi tərəfindən vergidən yayınma riski ehtimal olunan vergi ödəyiciləri ilə iş prinsipləri barədə məlumat verilib.
Nəzərə çatdırılıb ki, vergidən yayınma hallarının qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi və vergi potensialının düzgün müəyyənləşdirilməsi sahəsində tədbirlərin görülməsi və onlara nəzarətin təşkili, vergi inzibatçılığı çərçivəsində risk meyarları nəzərə alınmaqla fəaliyyət sahələri üzrə təhlillər aparılması və vergidən yayınma risklərinin aradan qaldırılması ilə əlaqədar təkliflərin verilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə fəaliyyət göstəricilərinin, eləcə də dövlət əsaslı vəsait qoyuluşu üzrə müəyyən olunan vəsaitlərin təhlil edilməsi, vergi ödəyiciləri üzrə vergidən yayınma risklərinin təhlili və s. kimi funksiyalar Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi tərəfindən təmin edilir. Baş idarə vergi risklərinin təhlilini, onların minimallaşdırılması, vergi nəzarətinin təkmilləşdirilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotunun aparılması, habelə vergilərin vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi sahəsində təhlil və nəzarət işlərini yerinə yetirir.
Bildirilib ki, Vergilər Nazirliyi vergidən yayınma hallarının qarşısının alınması, kölgə iqtisadiyyatının aradan qaldırılması və vəsaitlərin büdcəyə yönəldilməsi üçün kompleks tədbirlər həyata keçirir. Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizminin hazırlanması perspektiv məsələlərdəndir. Beynəlxalq təcrübə nəzərə alınmaqla vergidən yayınan vergi ödəyiciləri üzərində ictimai nəzarət mexanizminin yaradılması və vergidən yayınma faktları barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub.
Layihə rəhbəri Kristofer Uels biznes fəaliyyətinin vergiyə cəlb edilməsi üzrə davranış kodeksinə uyğun olaraq zərərli tədbirlərin aradan qaldırılması ilə bağlı irəliləyiş, inzibati əməkdaşlıq və qarşılıqlı yardım, o cümlədən vergi inzibatçılığının həyata keçirilməsi və icra potensialı barədə danışıb.
Görüşdə fiskal siyasət, xüsusilə də vergi islahatlarının gedişatı, vergi sisteminin iqtisadi siyasət məqsədlərini nə dərəcədə dəstəkləməsi, büdcə vəsaitlərini dəstəkləmək üçün gəlirlərin əldə edilməsində ayrı-ayrı vergi növlərinin rolu, vergi siyasətinin müəyyən edilməsində Maliyyə, Vergilər və İqtisadiyyat nazirliklərinin rolları və vəzifələri, vergi qanunvericiliyində aparılan dəyişikliklərin mexanizmi və mütəmadiliyi, vergi qanunvericiliyində dəyişikliklər layihəsinin hazırlanması və s. barədə fikir mübadiləsi aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info