BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
Tarix: 16.11.2016 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Multilukturalizmi kafedrasının təşkilatçılığı ilə akt zalında “Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Ombudsman Aparatının bölmə müdiri Müqalib Mahmudov, Almaniyada yaşayan dağ yəhudisi, uşaq şairi Simax Şeyda və tanınmış media nümayəndələri iştirak ediblər. BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbiri açaraq Azərbaycan Prezidentinin fərmanı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin ciddi dini-etnik konfliktlər yaşayan dünyamıza bir örnək olduğunu bildirib. N.Əliyeva Azərbaycanın dövlətçilik prinsiplərində multikulturalizm ənənələrinə önəm verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ölkəmizdə tolerantlığın dərin tarixi köklərinin olduğunu bildirən BSU rektoru Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi görkəmli sənətkarların əsərlərindən misallar gətirərək tarix boyu Azərbaycan ərazisində yaşayan azsaylı xalqalara və digər millətlərin nümayəndələrinə dərin hörmət və ehtiramla yanaşıldığını vurğulayıb. Musiqi ilə sözün bir-birini əvəzlədiyi tədbirdə rektorun çıxışından sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan“ mahnısı BSU tələbələri tərəfindən ifa olunub. Sonra söz Azərbaycan Multilukturalizmi kafedrasının müdiri, dosent Ülviyyə Abbasovaya verilib. Ü.Abbasova öz məruzəsində həm milli – tarixi dəyərlərimizin, həm də bugünkü həyatımızın multikulturalizmə bariz nümunə olduğunu bildirib. O, dünyada qaçqın-köçkün probleminin vüsət götürdüyü bir zamanda multikulturalizmin yeganə xilas yolu olduğunu qeyd edib. Kafedra müdiri deyib ki, Avropa ölkələrinin multikultural dəyərlərdən imtina etməsinin acı nəticələri gözümüzün qabağındadır: “Yüz minlərlə insan Avropa küçələrində yiyəsiz qalıb”. Belə bir zamanda Azərbaycan ərazisində yaşayan xalqların milli, dini, etnik, linqvistik fərqlərdən asılı olmayaraq, sülh və əmin-amanlıq şəraitində yaşaması dünyaya bir örnək olmalıdır. Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin çox kəskinləşdiyi bir zamanda Azərbaycanın multikultural dəyərlərdən çıxış etməsini dövlət başçımızın müdrik siyasətinin əsas göstəricilərindən biri kimi qeyd edib. M.Qurbanlı son 15 ildə 2,5 milyon insanın dini-etnik zəmində baş vermiş toqquşmalarda həlak olduğunu bildirib. O, Azərbaycanın və ümumiyyətlə, türk dövlətlərinin təcrübəsində heç zaman milli, dini-etnik baxımdan qarşıdurma olmadığını vurğulayıb. Komitə sədri Azərbaycanın əsas qanununu ölkə ərazisində yaşayan bütün etnik azlıqlara dərin hörmət və ehtiram bəsləyən nümunəvi konstitusiya adlandırıb. M. Qurbanlı dünyanın 57 müsəlma ölkəsindən 28-nin konstitusiyasında “müsəlman” sözünün qabardıldığı halda, Azərbaycan konstitusiyasında bu mənada fərqə yol verilmədiyini diqqətə çatdırıb. Almaniyada yaşayan dağ yəhudisi, uşaq şairi Simax Şeyda və Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata Azərbaycanda milli-dini fərqlərin olmadığını, müsəlman məscidləri ilə yanaşı sinaqoq və kilsələrin fəaliyyət göstərməsini tolerantlığın bariz nümunəsi adlandırıb. Ombudsman Aparatının seksiya müdiri Müqalib Mahmudov da Azərbaycanda multikulturalzimin hüquqi bazasının olduğunu və bu sahədə hər hansı problem yaşanmadığını qeyd edib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, BSU-nun Tələbə Multikulturazlizm Klubunun üzvləri tədbiri konsert proqramı ilə davam etdiriblər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı
16.11.2019
İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info