Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq
Tarix: 16.11.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib. 
Təklif olunan əlavələrə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə etmək mümkün olacaq.
Müzakirələr zamanı deputatlar Çingiz Qənizadə və Rafael Cəbrayılov buna etiraz ediblər. Onlar bildiriblər ki, əməliyyat-axtarış zamanı hal şahidi faktının yığışdırılması obyektivliyə kölgə sala bilər: “Çünki bütün hallarda hal şahidi insan faktorudur və videoçəkiliş insanı əvəz edə bilməz”.  
Komitə sədri Əli Hüseynli isə deyib ki, burada hal şahidinin iştirak etməsinə qadağadan yox, sadəcə, əməliyyatı aparan orqana hal şahidindən istifadə etməmə hüququ verilir: “Yəni zərurət olduğu təqdirdə, hal şahidi ola bilər. Bütün hallarda biz bu təklifi plenar iclasa tövsiyə edək, amma bu məslə ilə bağlı ayrıca işçi müzakirəsi apararıq”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info