Azərbaycan OECD-nin daha bir yüksək reytinqinə layiq görülüb
Tarix: 16.11.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə "Əsasən uyğundur" reytinqinə layiq görülüb.

Bunu vergilər nazirinin müşaviri Riyad Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2013-cü ildə Foruma üzv olandan bəri vergi məsələləri üzrə xarici ölkələrlə aparılan məlumat mübadiləsinin təkmilləşdirilməsi və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində Vergilər Nazirliyitərəfindən müvafiq işlər görülüb.
"Azərbaycan üzrə Qiymətləndirmənin birinci mərhələsinə ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi qərara alınıb. İkinci mərhələdə isə Qiymətləndirmə Qrupunun üzvləri mart ayında ölkəmizə səfər ediblər. Səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə səlahiyyətli dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənilməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olub, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçiriblər", - deyə R. Hüseynov vurğulayıb.
Müşavir qeyd edib ki, ölkə üzrə yekun hesabat 2016-cı ilin 26-30 sentyabr tarixlərində Fransanın Paytaxtı Paris şəhərində Qiymətləndirmə Qrupunun (PRG) 24-cü iclası zamanı geniş müzakirə edilib: "Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilər və Vergilər Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə keçirilib. Müzakirələr zamanı Vergilər Nazirliyi və xarici dövlətlərin aidiyyəti orqanları ilə aparılan məlumat mübadiləsinin səmərəliliyinin obyektiv qiymətləndirilərək hesabatın qəbul edilməsi üçün zəruri olan əlavə məlumatlar təqdim edilib. 2016-cı ilin sentyabr ayının 30-da Azərbaycan üzrə ölkə hesabatı təsdiq edilib. Bununla da Azərbaycan Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə “Əsasən uyğundur” reytinqinə layiq görülüb. Qlobal Forumun qaydalarına uyğun olaraq, Azərbaycan üzrə yekun reytinq 31 oktyabr 2016-cı il tarixdə rəsmən bəyan olunub və noyabr ayının 4-də dərc edilib".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info