Gənclərin sosial şəbəkələrdəki fəaliyyəti müzakirə olunub
Tarix: 16.11.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Sosial şəbəkələrdə gənclərin fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib. Müzakirəni giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sosial şəbəkələrin gənclərin həyat və faəliyyətində olan mühüm rolundan, müsbət və mənfi cəhətlərindən, aktual problemlərdən danışıb. Bildirilib ki, müasir zamanda həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrin istifadəçilər üçün müəyyən mənfi mənəvi-psixloji, tibb fəsadları da vardır. Rektor gəncləri sosial şəbəkələrdən məqsədli və səmərəli şəkildə istifadə etməyə çağırıb. Fizika-Riyaziyyat fakültəsinin İnformatika kafedrasının müəllimi Zümrüd Səfərova mövzu ətrafında Çıxış edərək gəncləri sosial şəbəkələrdəki gərəksiz məlumatlar, qruplardan uzaq durmağa səsləyib. O, müasir texnologiyaların, elektromaqnit dalğalarının zərərli təsirlərindən də ətraflı bəhs edib. Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev sosial şəbəkələrin insan psixologiyasına müsbət və mənfi təsirləri haqqında diskusiya iştirakçılarına məlumat verib. O bildirib ki, sosial şəbəkələrdən gənclərin 20%-i səmərəli, 80%-i qeyri-səmərəli istifadə edir. Bu istifadəçilərin sosial şəbəkələr haqqında düzgün məlumatlanmaması ilə əlaqəlidir. Çıxışçı diqqətə çatdırıb ki, sosial şəbəkələrdən istifadə edən gənclərin 35%-i depresiyaya düşür ki, onların da 5%-i sonunda intihara əl atır. Naxçıvan Dövlət Universiteti YAP ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev gənclərin sosial şəbəkələrdən istifadəsinin çox müsbət hal olduğunu bildirib. Həmçinin tələbələri insan mənəviyyatı və dövlət əleyhinə olan buradakı çağırışlara qarşı elə sosaial şəbəkələrin özündə fəal mübarizə aparmağa dəvət edib. Dəyirmi masa maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.

Taleh Haxverdiyev
NDU media mərkəzinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info