“Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 16.11.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“Şərq qapısı” xəbər verir ki, noyabrın 15-də Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Ən yaxşı film” və “Ən yaxşı foto” üzrə qaliblər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Televiziya və Radio Şurasının, Rəssamlar Birliyinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla davam etdirilir. Bu gün muxtar respublikamızda milli dəyərlərin tərkib hissəsi olan ailə dəyərlərinin qorunması diqqətdə saxlanılır, dövlət ailə siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutlarının formalaşdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdəndir.
Qeyd olunub ki, mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ona görə də xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub yaşadılması və möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə düşən vacib vəzifədir. Cəmiyyətdə ailənin psixoloji sağlamlığı da əsas meyarlardan hesab olunur. Çünki ailənin psixoloji sağlamlığına ailə dəyərlərinin üstün tutulması aiddir ki, bu da ailənin uzun­ömürlü olmasına gətirib çıxarır. Naxçıvan Muxtar Respublikasında uzun­ömürlü xoşbəxt ailələrimiz çoxdur. Muxtar respublikamızda uzunömürlü ailələrin yubileylərinin qeyd edilməsi artıq bir ənənəyə çevrilib. Hər il uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, onlara qiymətli hədiyyələr verilir.
Xalqımızın ailə dəyərlərinin qorunması və yaşadılması istiqamətində muxtar respublikamızda müxtəlif səpkili silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Ramilə Seyidova bildirib ki, ailə dəyərlərinin qorunması ilə bağlı keçirilən yaradıcılıq müsabiqələri də artıq ənənə halını alıb. Həmin müsabiqələrin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə cari ilin əvvəlində elan olunmuş “Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsinin qalibləri bu gün mükafatlandırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev və AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək qeyd ediblər ki, ölkədə sabitlik varsa, ailə dəyərləri qorunursa, qadınlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlarsa, o zaman milli dəyərlər də yaşayacaqdır. Ailənin möhkəmlənməsi isə, hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Ailənin uzunömürlü olmasının əsas səbəblərindən biri sağlam həyat tərzi, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olmasıdır.
“Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsində əvvəlcə “Ən yaxşı film” nominasiyası üzrə qaliblər elan edilib və mükafatlandırılıblar. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Ruhiyyə Rəsulova 1-ci, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Fatimə İsmayılova 2-ci, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Aybəniz Sadiqova isə 3-cü yerə layiq görülüblər.
“Ən yaxşı foto” nominasiyası üzrə I, II və III yerlərin qalibləri isə müvafiq olaraq, “Şərq qapısı” qəzetinin fotomüxbiri Əli Xudiyev, həvəskar fotoqraf Sakit Nəcəfov, Naxçıvan Dövlət Universitetinin Rəngkarlıq ixtisası üzrə tələbəsi Cavid Cəfərli olublar. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr verilib.
Tədbir iştirakçıları “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş filmi izləyiblər.
Sonda iştirakçılar yaradıcılıq müsabiqəsinə təqdim edilmiş fotolardan ibarət videoçarxa baxıblar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info