Cəfər Cəfərov: “Bizim hədəfimiz böyük rəqabət dünyasında layiqli yer tutmaqdır”
Tarix: 16.11.2016 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH II Tələbə Debat Forumu”nun final oyunu və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsil Nazirliyinin (TN) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev, SABAH qruplarının ADPU üzrə koordinator-rəhbəri Lalə Mürsəlbəyova iştirak ediblər. Qeyd edək ki, “SABAH II Tələbə Debat Forumu”nun final oyunu və mükafatlandırma mərasimində Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Texniki Universitetinin (ATU) SABAH qruplarında təhsil alan ümumilikdə 200 nəfərə yaxın tələbəsi iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, SABAH qrupları və “SABAH I Tələbə Debat Forumu” haqqında videoçarx nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, “SABAH II Tələbə Debat Forumu”nda iştirak edən 15 komanda final mərhələsinədək 3 qrup oyunu keçiriblər. Final mərhələsinə ADİU-nin (UNEC) “Creativ buddies” və “Enigma” komandaları çıxıblar. Bu komandalar final mərhələsində “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” mövzusunda biliklərini sınayıblar. Finalda daha yaxşı bilik nümayiş etdirən “Creativ buddies” komandası qalib gəlib.
Rektor Cəfər Cəfərov forumda çıxış edərək qonaqları və tələbələri salamlayıb, forum iştirakçılarını təbrik edib. Bildirib ki, bu gün əlamətdar və sevincli bir gündür. Gənclər cəmiyyətin fəal və aparıcı qüvvəsidir. Azərbaycan gəncləri arasında savadlı, bilikli, bacarıqlı gənclər kifayət qədərdir və bu, bizi çox sevindirir. Belə debatlar gənclərə fikir mübadiləsi aparmaq bacarığı, polemika mədəniyyəti aşılayır. Ölkəmizin gələcəyi gənclərdən asılıdır. Biz gənclərlə çox işləməli, tədris prosesini təkmilləşdirməli, onlara keyfiyyətli təhsil verməliyik. Bizim hədəfimiz böyük rəqabət dünyasında layiqli yer tutmaq və dünyanın müasir inkişaf sürətinə uyğunlaşmaq üçün gənclərin bilik və bacarıqlara daha dərindən yiyələnmələrini təmin etməkdir. Rektor tələbələrə fəaliyyətlərini daha da genişləndirməyi, daim təşəbbüskar, yenilikçi olmağı tövsiyə edib.
Forumda TN-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək debatların insanın şəxsi inkişafında, natiqlik mədəniyyətinin formalaşmasında, qarşı tərəfin fikrinə hörmətlə yanaşmasında mühüm rol oynadığını bildirərək tələbə-gənclərə uğurlar arzulayıblar.
Sonda mükafatlandırma mərasimi keçirilib, qaliblərə medal, kubok və sertifikatlar təqdim edilib.

Nigar






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info