Müşviq Ələsgərli: “Prezidentin nitqində Azərbaycan reallıqlarının müfəssəl təsvir olunması aşkar görünürdü”
Tarix: 16.11.2016 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib və dövlət başçısı açılış mərasimində nitq söyləyib. “Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq”, - deyən Azərbaycan Prezidenti bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər: “Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik”.
Prezident media və Azərbaycan reallıqları ilə bağlı dünya xəbər agentliklərinin nümayəndələri qarşısında digər maraqlı fikirlər də səsləndirib. Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Prezidentin KİV-lə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətli olduğunu düşünür. O, belə tədbirlərin Bakıda keçirilməsinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi: “Bu tədbirdə mən də iştirak edirdim və Prezident əslində burada Azərbaycan reallıqlarından çox dolğun danışdı. O ölkəmizdə görülən işlər, bu işlərin qarşısında duran çətinliklər haqqında da müəyyən fikirlər bildirdi. Ölkə başçısı çətinliklərə baxmayaraq qazanılan uğurları da önə çəkdi. Təbii ki, İlham Əliyevin səsləndirdiyi fikirlər çox yaxşı bir nitq idi. Bu həm də dünya informasiya agentliklərinin nümayəndələri qarşısında Azərbaycan reallıqlarının açılması, ayrı-ayrı ölkələrin KİV nümayəndələrinin real durumu görmələri üçün çox ciddi bir çıxış idi. Hətta deyərdim ki, gələcək çıxışların formalaşması üçün, Azərbaycan haqqında, medianın durumu haqqında fikir söylənməsi üçün yeni tezislər ortaya qoyuldu. Prezident Azərbaycandakı ən-ənəvi media, radiolar, televiziyalar haqqında da məlumatlar verdi. Eyni zamanda xüsusi vurğuladı ki, Azərbaycanda son dərəcə azad internet mühiti formalaşdırılıb. Bu həm də Azərbaycan mediasının xarici ölkələrə çıxışı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm imkanlar verir. Bir daha qeyd edim ki, ölkə başçısının nitqi bu tədbirə toplaşanlar tərəfindən maraqla qarşılandı və onun çıxışında Azərbaycan reallıqlarının müfəssəl təsvir olunması aşkar görünürdü”.
Müşviq Ələsgərli deyir ki, tədbirdə səslənən fikilər bəzi beynəlxalq təşkilatların qərəzli hesabatlarına da cavab idi: “Azərbaycanda medianın və yeni texnologiyaların-internetin azadlıqlarından danışan ölkə başçısının səsləndirdiyi fikirlərlə tam razıyam. Hesab edirəm bu Azərbaycan reallığı barədə informasiya olmaqla yanaşı həm də ölkəmizə böhtan atanlara bir cavab idi. Çünki adətən böhtan atanlar ölkəmizdə guya söz azadlığının boğulmasını önə çəkirlər. Elə bu yaxınlarda “Fredom Haus” da belə bəyanat yaydı və guya bizdə internet yarımazaddır. Amma Prezidentin çıxışında Azərbaycanın reallığı öz əksini tapdı, hər şey olduğu kimi deyildi. Həm də bu reallıq dünyanın 90-dan artıq ölkəsindən informasiya agentliklərinin iştirak etdiyi bir toplantıda deyildi. Onlar özləri də ölkəmizdəki durumu öz gözləri ilə gördülər və sonrakı reaksiyaları da göstərir ki, real durumu gözəl anlayırlar. Bakıya gələn qonaqlar beynəlxalq təşkilatların hesabatlarının nə qədər saxta və qərəzli olmasının da şahidi oldular. Belə tədbirlərin Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var. Onu da qeyd edim ki, bu tədbir təsadüfi toplantı deyil və BMT tərəfindən dəstəklənən bir tədbirdir. Təsadüfi deyil ki, bu tədbirdə UNESCO-nun baş direktoru videoçıxışla təbrik göndərdi. Azərbaycan bu cür tədbirlərə dəstək verir və onlara şərait yaradır ki, dünyanın ciddi xəbər istehsalçıları Azərbaycan reallıqları haqqında həm nəzəri həm də praktiki biliklər əldə etsinlər. Bu Azərbaycan həqiqətlərinin dünyaya daşınması baxımdan ciddi bir addım və tədbirdir”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info