Avropada narahatlıq: Şərqi Avropada Rusiyanın təsiri artır
Tarix: 16.11.2016 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Spiegel”: “Şərqi Avropa ölkələri arasında yoxsulluğun artması, iqtisadi çətinliklər, korrupsiya kimi hallar bu ölkələrin vətəndaşlarında olan “işıqlı Avropa arzusu”nu məhv edib”

Moldova və Bolqarıstanda keçirilən seçkilərdə rusiya yönümlü namizədlərin qələbə qazanması Avropada ciddi təşviş yaradıb. ABŞ-da Donald Trampın qələbəsindən sonra silkələnən Avropa Moldova və Bolqarıstanda keçirilən seçkilərin nəticəsini böyük narahatlıq içində qarşılayıb. Şərqi Avropa ölkələrində Rusiya tərəfdarlarının sayının artması, üstəlik onların hakimiyyətə gəlməsi Brüsseli bu məsələ ilə bağlı ciddi düşünməyə vadar edir.
Almaniyanın “Spiegel” nəşri yazır ki, Rusiya yenidən “dost ölkələrə” qayıdır. Bolqarıstanda Rumen Radev, Moldovada isə İqor Dodonun qələbə qazanması bu ölkələrdə Rusiyanın təsir imkanlarını daha da artıracaq. Nəşr yazır ki, bu mövqedə Moldova və Bolqarıstan tək deyil. Serbiya Rusiya ordusu ilə birlikdə təlimlər keçirir. Çexiya, Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların ləğv edilməsini tələb edir. Makedoniya dövlət başçısı Nikola Qrevskiy isə dəfələrlə kömək üçün Moskvaya müraciət edib. “Spiegel” nəşri yazır ki, bu ölkələrin hər birinin Rusiyanı dəstəkləmək üün öz səbəbləri var: “Amma ön plana iki amil çıxır - “keçmiş xoş zamanlar” nostalgiyası və “Avropa arzusu” ilə bağlı böyük məyusluq. Brüsselin Şərqi Avropa ölkələrinə verdiyi vədlərin əksəriyyəti yerinə yetirilməmiş qalıb. Şərqi Avropa ölkələri arasında yoxsulluğun artması, iqtisadi çətinliklər, korrupsiya kimi hallar bu ölkələrin vətəndaşlarında olan “işıqlı Avropa arzusu”nu məhv edib. Belə olan halda Şərqi Avropa ölkələrinin Moskva ilə düşmənçilik etmək üçün heç bir səbəbləri qalmır. Ona görə də həmin ölkələr Rusiyaya tətbiq edilən sanksiyaların ləğv edilməsini tələb edirlər. Məsələ ondadır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar varlı Qərb ölkələrinə deyil, bu ölkələrə ciddi dərəcədə təsir edir. Avropa ölkələrinin Rusiya mavi yanacağından olan asılılığı vəziyyəti bir qədər də qəlizləşdirir. Qeyd edilən bu faktorlar Avropada, əsasən də Şərqi Avropada güc mərkəzlərində dəyişiklik yarada, Rusiyanın təsir dairəsini artıra bilər. Rusiyanın bir çox cəbhələr, o cümlədən də mədəniyyət sahəsində tədricən Qərbi üstələməsi fonunda bu proses daha da sürətlə gedir. Qərbin təlqin etdiyi eynicinsli nikahlar və açıq sərhədlər qarşısında Rusiyanın təklif etdiyi din, ailə, Vətən birliyi daha çox diqqət cəlb edir”. Almaniyanın “Süddeutsche Zeitung” nəşri isə yazır ki, Avropa ölkələrində Moskvanın populyar olmasının səbəbi heç də Moskvanın cəlbedici olması ilə bağlı deyil. Burada əsas məsələ Brüsselin zəif siyasət həyata keçirməsidir: “Əgər əvvəllər dövlətlər Avropa İttifaqına üzv olmağa can atırdılarsa, indi əksini edirlər. Əvvəllər elə bilirdilər ki, Avropa İttifaqına üzv olmaqla çətinlikləri azalacaq. Amma indi belə düşünmürlər. “Vahid Avropa” Moldova və Bolqarıstan kimi dövlətləri düşünməkdənsə, miqrasiya problemi və qitədə geniş yayılan populist siyasi birliklərə qarşı mübarizə ilə məşğuldur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info