Alman şirkətləri tranzit yükdaşımaları üçün Azərbaycan marşrutundan istifadə edir
Tarix: 17.11.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bir sıra alman şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsi yolverilməzdir

Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Almaniya təcrübəsi əsasında birgə müəssisə yaradıla bilər
İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, nazir Şahin Mustafayev Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Prezidentinin bu ilin iyun ayında Almaniyaya səfəri zamanı rəsmilərlə bir sıra görüşlər keçirilib. Səfər çərçivəsində təşkil edilən Almaniya-Azərbaycan biznes-forumuna iş adamlarının göstərdiyi maraq ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir. Ölkələrimiz ticarət, investisiya, maliyyə, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlıq edir. Alman şirkətləri “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edirlər. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra edilib, 3 layihənin icrası isə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır. Birgə proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Şahin Mustafayev Azərbaycan iş adamlarının 2017-ci ildə Almaniyanın Berlin, Köln və Düseldorf şəhərlərində keçiriləcək bir çox sərgilərdə iştirak edəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, 24-25 noyabr tarixlərində Bakıda 6-cı iclası keçiriləcək Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətlidir. Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən iqtisadi islahatlardan danışan iqtisadiyyat naziri alman iş adamlarını yaradılmış əlverişli imkanlardan yararlanmaqla fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, əczaçılıq, kənd təsərrüfatı, tranzit və logistika sahələrində əməkdaşlıq üçün böyük potensial var. Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Azərbaycan Almaniya təcrübəsi əsasında birgə müəssisə yaradıla bilər. “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Prezidentin sərəncamı Azərbaycan-Almaniya humanitar, eləcə də turizm əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdıran Şahin Mustafayev bir sıra alman şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb. Almaniya Federativ Respublikasının səfiri Mixael Kindsqrab Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin iyun ayında Almaniyaya səfərinin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının səfər çərçivəsində keçirilmiş biznes-forumdakı çıxışının alman iş adamlarına azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsinə əlavə stimul verdiyini və alman şirkətlərinin ölkəmizə marağını artırdığını diqqətə çatdırıb. Səfir Mixael Kindsqrab Almaniyanın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini vurğulayıb. Qeyd olunub ki, tranzit və logistika sahəsində də əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür və artıq bir sıra alman şirkətləri tranzit yükdaşımaları üçün Azərbaycan marşrutundan istifadə edir. Səfir Mixael Kindsqrab Azərbaycanın işğal olunmuş ərazilərində alman şirkətlərinin fəaliyyət göstərməsi məsələsinin Almaniya hökumətinin diqqətinə çatdıracağını bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info