Bakıda taekvondo üzrə Dünya Çempionatı keçiriləcək
Tarix: 17.11.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Dekabrın 9-10-da Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası Dünya Çempionatı keçiriləcək.
Dünya Taekvondo Federasiyasının və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvondoçuları mübarizə aparacaqlar.
Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər. Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında Dünya Çempionatında isə səkkiz yığma yarışacaq. Dekabrın 11-də təşkil olunacaq qala gecə mərasimində isə ilin ən yaxşı taekvondoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq. Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü, “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Radik İsayevin də yer alacağı millinin heyəti yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş dünya kubokunun qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info