Messi mediaya müharibə elan etdi
Tarix: 17.11.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Argentina millisinin futbolçuları bundan sonra mətbuata danışmamağa qərar veriblər. Buna komandanın futbolçusu Esekyel Lavezzinin məşqdən sonra narkotik maddə qəbul etdiyi barədə Argetina mediasında iddiaların ortaya atılması səbəb olub. Bu iddialara sərt münasibət bildirən Messi DÇ-2018-in seçmə mərhələsində Kolumbiya ilə oyundan sonra bütün komanda yoldaşları ilə birgə mətbuat konfransına gedib və boykot qərarını açıqlayıb:
"Bundan sonra mətbuata danışmamaq barədə qərar qəbul etdik. Niyə belə qərar qəbul etdiyimizi yəqin ki, bilirsiniz. Bugünədək bir çox ittihamla qarşılaşmışıq, sərt tənqidlərə məruz qalmışıq. Ancaq bütün tənqidlərə hörmətlə yanaşaraq cavab verməmişik. Bir çox jurnalistin bizə hörmət etdiyini bilirdik. Ancaq artıq hədd aşılıb. Lavezzinin narkotik maddə qəbul etdiyinə bu şəkildə cavab vermək məcburiyyətindəyik. Çünki sakit olsaq, insanlar bu ittihamların doğru olduğunu düşünəcək. Bütün komanda buradadır və medianın oyununa getməyəciyimizi söyləyirik. Bizə istədiyiniz qədər təzyiq göstərə bilərsiniz. Ancaq kimsə mediaya danışmayacaq". Argentinalı hücumçunun boykotun müddətinin nə qədər davam edəcəyini bilmədiyini söyləyib. Qeyd edək ki, E.Lavezzi bu iddianı ortaya atanları məhkəməyə verib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info