Merkel dördüncü dəfə kansler olmaq istəyir
Tarix: 17.11.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Angela Merkel 2017-ci ildə dördüncü dəfə Almaniya kansleri postuna sahib olmaq üçün mübarizə aparmaq niyyətindədir. Bu barədə Merkelin yüksəkvəzifəli partiya yoldaşı, Bundestaqın xarici siyasət üzrə komitəsinin başçısı Norbert Rettgen bildirib.
“Euronews” telekanalı xəbər verir ki, Almaniya hökumətinin hazırkı başçısının özü isə hələlik rəsmi olaraq elektoral planlarını elan etməyib. Yaxın Şərqdən və Şimali Afrikadan, demək olar ki, nəzarətsiz şəkildə gələn mühacirlərin Avropa İttifaqı ölkələrində qəbulu ideyasını dəstəkləyənədək Angela Merkel Almaniyada yüksək populyarlığa malik idi. Bu gün isə onun miqrantlarla bağlı mövqeyindən nəinki bir çox seçici, həmçinin hakim koalisiyadakı bəzi tərəfdaşları da narazıdır. Son sosioloji sorğuların nəticəsinə əsasən, almanların yarıdan çoxu Merkelin növbəti dəfə hökumətə başçılıq etməsini istəmir. Xatırladaq ki, Angela Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info