“Ölkəmizi tanıyaq”: “Suraxanı məktəbliləri Gəncə şəhərinə yola salınıb”
Tarix: 17.11.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səfərləri təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsi çərçivəsində noyabrın 17-də Suraxanı məktəblilərinin Gəncə şəhərinə yolasalma mərasimi olub.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon parkında ucaldılan abidəsini ziyarət ediblər, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışı zamanı dediyi bu fikirləri xatırladıb: “Çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir”.
Dövlətimizin başçısının bu tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Bu aksiyaya Suraxanı rayonunun məktəbliləri də cəlb olunub. Növbəti tur-aksiya çərçivəsində onlar Gəncə, Şəmkir və Göygöldə olacaqlar.
Yola salma mərasimində məlumat verilib ki, şagirdlər Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər.
İ.Abbasov vurğulayıb ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun timsalında tanış olmaq imkanı yaradacaq.
Şagirdlər onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib. Sonra məktəblilər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşüblər.
Turun mütəşəkkil və nümunəvi qaydada təşkil edilməsi məqsədi ilə rayon icra hakimiyyətində qərargah yaradılıb. Qərargah üzvləri əvvəlcədən tur səyahəti üçün zəruri təşkilatı tədbirləri görüb və ekskursiyaya gedən şagirdlərlə ətraflı izahat işləri aparıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info