İndiyədək SOCAR-ın Daxili Təqaüd Proqramı üzrə 2 minədək tələbə təqaüdçü seçilib
Tarix: 17.11.2016 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


2004-2016-cı illər ərzində SOCAR-ın Daxili Təqaüd Proqramına 19 min 162 nəfər müraciət edib və 1918 tələbə təqaüdçü seçilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu barədə şirkətdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndələri ilə keçirilən görüşdə danışılıb.
Şirkətin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində SOCAR-da həyata keçirilən layihələrdən danışılıb, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd proqramlarının əhəmiyyəti xüsusi vurğulanıb. Daxili Təqaüd Proqramının, SOCAR Yay Məktəbi layihəsinin gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqqında dolğun informasiya əldə etməsində rolu qeyd olunub. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı gənclərin dünyanın aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə Xarici Təqaüd Proqramı üzrə işlərin uğurla davam etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, SOCAR-ın nəzdində peşəkar fəhlə kadrlarının hazırlanması prosesinə başlanılması gənclər arasında peşə təhsilinə marağın artmasına səbəb olub.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş şura 114 qeyri-hökumət təşkilatını özündə birləşdirir və ölkədə gənclər siyasətinin təşkil olunmasında mühüm rol oynayır. ARGTMŞ-nı təşkil edən qurumların SOCAR-la sıx əməkdaşlıqda maraqlı olduqları, fəaliyyət mübadiləsinin gələcəkdə sənaye və iqtisadiyyatımızın daha da inkişaf etməsinə şərait yaradacağı vurğulanıb.
Tədbirdə SOCAR-ın gənclərlə bağlı layihələri haqqında videoçarx nümayiş etdirilib. Daha sonra İRD-nin təlim və inkişaf şöbəsinin rəis müavini Roman Süleymanov təqdimatla çıxış edərək bildirib ki, 2004-2016-cı illər ərzində SOCAR-ın Daxili Təqaüd Proqramına 19 min 162 nəfər müraciət edib və 1918 tələbə təqaüdçü seçilib. Yay Məktəbi Proqramına 2 min 490 nəfər müraciət edib və 272 nəfər qalib olub. Ödənişli Yay Təcrübəsi Proqramına 5 min 663 nəfər müraciət edib və 1372 nəfər təcrübəçi seçilib. Xarici Təqaüd Proqramı çərçivəsində 275 nəfər tələbənin xaricdə təhsili maliyyələşdirilib və təhsilini başa vuranlar işlə təmin olunublar. Həmçinin qeyd olunub ki, peşəkar fəhlə kadrlarının hazırlanması üzrə 2012-2016-cı illər ərzində təlim mərkəzlərinə qəbul üçün müraciət etmiş 8 min 561 nəfərdən 1247 nəfəri məzun olub və 841 nəfər işlə təmin edilib.
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” gənclər İctimai Birliyinin sədri Araz Əhmədov internat evinin 100-dən çox məzununun peşə təhsili üzrə SOCAR tərəfindən maliyyələşdirildiyini və işlə təmin edildiyini, habelə ailə qurmuş 60 gəncin mənzil probleminin həll olunduğunu deyib. A.Əhmədov belə xeyirxah işlərə görə SOCAR-ın rəhbərliyinə təşkilat adından təşəkkürünü bildirib.
Sonda qonaqlar üçün SOCAR-ın yeni inzibati binası üzrə gəzinti təşkil olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info