Bakıda 22 km uzunluğunda yeni küçələr salınır
Tarix: 17.11.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində "Ağ şəhər"də layihə üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22,3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir.
 
“Azəravtoyol”dan verilən məlumata görə, yollar hər birinin eni 3,5 m. olmaqla 2, 4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m. olmaqla müxtəlif ölçüdədir. Layihə çərçivəsində 2 yerdə, Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.
 
Ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materialından yol geyiminin əsası inşa olunur. Ümumilikdə 1 mln. 200 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 1 mln. kubmetr yararlı karxana materialından geri dolğu işləri görülüb. Bundan əlavə 5 min kubmetr miqdarında daş və demir-beton tikililər sökülərək, həmçinin ərazinin bəzi hissələrində rast gəlinən 95 min kubmetr qaya qruntu xüsusi texnikalarla (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb.
 
Bəzi yollarda yol geyimin alt hissəsində 70 min kubmetr hamarlayıcı lay, 15 min kubmetr əsasın üst layı inşa edilib, 12 min paqon-metr mərmər-qranit səki daşı və 8 500 kubmetr piyada zolağında tamet daşları düzülüb. Yolların kənarında uzunluğu 500 m-ə yaxın , hündürlüyü 10-15 m. arası dəyişən istinad divarı inşa olunub. Ümumilikdə Xəqani Rüstəmov küçəsi də daxil olmaqla 80% yollarda əsasın tikinti işləri bitmiş sayılır. Bütün yollarda zəruri yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri də aparılıb.
 
Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək Xəqani Rüstəmov küçəsinin 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolaqlı olması nəzərdə tutulub. Küçənin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub. Xəqani Rüstəmov küçəsi qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.
 
"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. 2 ədəd keçidin hər birinin uzunluğu 280 m, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq.
 
Xəqani Rüstəmov küçəsi ilə Nobel prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin də 220 m uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri davam etdirilir. Ümumilikdə keçidin inşası zamanı uzunluğu 14 m. olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 m. uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib, 2 qat ruburoid materialı ilə izolyasiya olunub, 2500 kvadratmetr olan mərmər-qranit işlərindən xeyli hissəsi görülüb və 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifariş olunub.
 
Xəqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirən yeraltı piyada keçidində isə uzunluğu 14 m. olan 354 ədəd dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan 270 ədədi inşa olunub, digər tikinti işləri davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info