Filippində 4,8 bal gücündə zəlzələ olub
Tarix: 17.11.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Noyabrın 17-də Filippin arxipelaqının cənub-şərq sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Cənubi Suriqao əyalətinin Kaqvait şəhərindən 33 kilometr cənub-şərqdə, yer səthindən 42 kilometr dərinlikdə yerləşib.
Sunami xəbərdarlığı verilməyib, həlak olanlar və dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.
Dünyanın ən iri arxipelaqları olan İndoneziya və Filippin Sakit Okean alov halqasının bir hissəsidir. Bu ölkələrin ərazisində yer qabığının hərəkəti çox zaman zəlzələ və vulkan püskürməsi ilə müşayiət olunur.
Xatırladaq ki, 2013-cü ilin oktyabrında Filippinin mərkəzi hissəsində baş verən 7,2 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 220 nəfər həlak olmuş, mindən çox insan müxtəlif dərəcəli xəsarətlər almış, 13 mindən çox ev dağılmışdı.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info