Xocalı hadisələrdən bəhs edən “Ağrı” romanının təqdimatı keçirildi
Tarix: 17.11.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda israilli müəlliflər Əmir və Arye Qutun rus dilində birgə yazdıqları “Ağrı” (“Bol”) romanının təqdimatı keçirildi.
Kitab Təl-Əvivin “Medial” nəşriyyatında İsrailin “YR” şirkətinin dəstəyi ilə çapdan çıxıb.
Tədbirdə çıxış edən həmmüəllif, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut kitabın ilk təqdimatının Bakıda keçirilməsindən qürur duyduğunu söylədi. Vurğuladı ki, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən bu kitabın dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir.
Kitabın elmi redaktoru və nəşrə ön sözün müəllifi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva bildirdi ki, “Ağrı” romanında, demək olar, Xocalının bütün dəhşətləri müəlliflər və onların danışdırdıqları şahidlər tərəfindən əhatə edilib. Burada bəzən faktlar verilsə də, ayrı-ayrı insanların söylədikləri qələmə alınsa da, bütünlükdə bu, tarixi bir romandır. Ümumilikdə 60 fəsildən ibarət 480 səhifəlik kitabda səlis dildə yazılmış məqalələr birnəfəsə oxunur.
M.Əliyeva vurğuladı ki, kitabın müəllifləri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda böyük işlər görüblər.
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, bədii dillə yazılmış bu romanın ölkəmizin haqq səsinin dünyaya yayılması işində əhəmiyyəti var. O, əsərin gələcəkdə tarixi mənbə olacağını diqqətə çatdırdı.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov kitabın rus dilində yazılmasının əhəmiyyətindən danışdı. Diqqətə çatdırdı ki, indiyə qədər sübut edə bilmədiyimiz bir həqiqət - Qafqaza, əsasən də Azərbaycana ermənilərin 1828-ci ildən etibarən köçürülməsi və bunun çar siyasətinin tərkib hissəsi olması kitabda öz əksini tapıb.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, şair Fəxrəddin Meydanlı və başqaları dünyada multikultruralizmin, tolerantlığın Vətəni olan Azərbaycanda törədilən Xocalı soyqırımının ağrısını rusdilli oxuculara çatdıran müəlliflərə minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir edirlər, bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərini ifşa edirlər.
Çıxış edənlər 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, ölkəmizdə yaşayan bütün xalqlara hörmət, ehtiram göstərildiyini, Ermənistanda isə qeyri-millətlərdən bir nümayəndənin belə yaşamadığını vurğuladılar.
Tədirdə kitabın ingilis dilinə tərcümə edilərək dünya oxucularına çatdırılmasının önəmi qeyd olundu.
Sonda kitabın həmmüəllifi Əmir Qut tədbir iştirakçılarına təşəkkürünü bildirib, kitabları imzası ilə oxuculara təqdim etdi.
Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info