Belarusla birgə çay və siqaret istehsalı müəssisələri yaradıla bilər
Tarix: 17.11.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. Nazir Şahin Mustafayev Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran Şahin Mustafayev xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib, sənaye zonalarında və parklarında rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib. Görüşdə tütün və tütün məmulatları, çay, şərab və digər malların ticarətinə maraq ifadə olunub, birgə çay və siqaret istehsalı müəssisələrinin, ticarət evlərinin yaradılması məsələləri müzakirə edilib. Belarus Respublikasının Azərbaycandakı səfiri Gennadi Axramoviç ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini, bu sahədə işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info