Türkiyə Bakıda turizm sərgisində 30 şirkətlə təmsil olunacaq
Tarix: 02.04.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi tərəfindən XII AİTF Beynəlxalq Turizm və Səyahətlər sərgisi, müşavirliyin veb saytının ( “www.turkiye.az ») təqdimatı və 2013-cü ilin reklam kampaniyaları ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslan bildirdi ki, 4-6 aprel tarixində keçiriləcək sərgidə 30-a yaxın türk şirkəti iştirak edəcək. Bu dəfə Türkiyənin stendi ötən ilkindən iki dəfə böyük olacaq:
“Türkiyədən bu sərgiyə çox ciddi maraq var. Təxminən ölkənin 30-a yaxın şirkətini təmsil edən 80 nəfərlik nümayəndə heyəti bu sərgiyə qatılacaq. Həmçinin mədəniyyət nümunələri və teatr oyunları da sərgidə nümayiş olunacaq”. Müşavir əlavə edib ki, 15 mart tarixindən etibarən Bakının mərkəzi küçələrində, avtobusların, taksilərin üstündə, xəbər agentliklərində Türkiyə ilə bağlı reklam kampaniyası başlayıb, xüsusi videoçarx hazırlanıb və bu görüntülərdə də Türkiyənin ayrı-ayrı regionlarının turizm potensialı nümayiş olunub. Bu kampaniya 3 ay davam edəcək.
S.Ə.Arslan Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım müşahidə olunduğu bildirdi. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyəyə 578 min azərbaycanlı turist gəlmişdisə, keçən il turistlərin sayı 591 min nəfəri keçib: “Azərbaycanlı turistlər əsasən Antalyanı, İstanbulu, İzmir və Ankaranı ziyarət edir”.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info