Bakı sakinləri nə dərəcədə vətənpərvərdirlər?
Tarix: 17.11.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci ilin noyabr ayının 17-də Azadlıq meydanında Sovet dövlətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz olaraq mitinq başlandı. Dekabr ayının əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. 1988-ci ilin noyabr hadisələri milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Bu tarixi hadisənin 27-ci ildönümündə "ACT Azərbaycan" Bakı sakinləri arasında vətənpərvərlik mövzusunda sorğu keçirib. "Özünüzü nə dərəcədə vətənpərvər hiss edirsiniz ?" sualını cavablandıran respondentlərin 97%-in cavabı müsbət olub. 
10 ballıq şkala ilə ölçülən sorğu nəticələrinə görə şəhərin ən vətənpərvər sakinləri yaşlı nəslin nümayəndələridir. 45 yaşa qədər olan respondentlər arasında göstəricilər 8.3- 8.7 bal arasında dəyişdiyi halda 65 və daha yuxarı yaş həddində olan ahıl vətəndaşların nəticələri 9.6 bala qədər yüksəlir. Sorğu nəticələrini ümumiləşdirib demək olar ki, Bakı sakinlərinin vətənpərvərlik hissi 10 ballıq şkala üzrə 8.8 bala bərabərdir.
"Könüllü olaraq ordu sıralarına qoşularsınızmı ?" sualına ümumilikdə respondentlərin 61 %-i müsbət cavab verib. Bu addımı atmağa hazır olan kişilər sorğuda 86 % səs toplayıblar. Rəyi soruşulan hər 10 qadından 7-si ölkənin könüllü əsgəri olmağa hazır olduğunu bildirib (69%).
Övladını ordu sıralarında görmək istəyənlər də sorğuda fəallıq göstərib. 79% respondent övladının hərbi xidmət keçməsini istədiyini bildirib. Rəyi soruşulanların cəmi 4 %-i oğlunun əsgər getməsinə qarşı çıxıb.
Sorğu 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info