BEA-nın icraçı direktoru: “Türkiyənin liderliyi olduqca önəmlidir”
Tarix: 17.11.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


"Türkiyə və onun qonşuluğunda yerləşən ölkələrin bərpa olunan enerji sahəsində çox böyük potensialı mövcuddur. Lakin Türkiyədən fərqli olaraq, qonşu ölkələr potensialından istifadə edə bilmir". "Anadolu" agentliyi xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bildirib.

Onun sözlərinə görə, Türkiyə peşəkarlığı və texnoloji üstünlüyü sayəsində bərpa olunan enerji baxımından regionun lideri ola bilər. F. Birol qlobal enerji bazarında bərpa olunan enerjinin payının getdikcə artacağını proqnozlaşdıraraq, bu növ enerjinin istehsalına çəkilən xərclərin azalacağını bildirib.
 
İcraçı direktor əlavə edib ki, Türkiyənin bərpa olunan enerji mənbələri sahəsində bir sıra nəhəng layihələri dəstəkləməsi son dərəcə önəmlidir: "Düşünürəm ki, bu, Türkiyəni liderə çevirəcək. Bu baxımdan dominant olan Almaniya artıq qonşuluqdakı ölkələrə texnologiyaları ilə birgə, öz təcrübəsini də ixrac edir. Türkiyə də bu cür imkandan yararlanmalıdır. Türkiyənin liderliyi olduqca önəmlidir".
 
O bildirib ki, statistikaya əsasən 2040-cı ilədək dünyada enerji istehsalının 60%-nin bərpa olunan enerji mənbələrindən əldə olunacağı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info