ABŞ standartlarını Azərbaycanda tətbiq etməkdə maraqlıdır
Tarix: 17.11.2016 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri ilə Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin nümayəndə heyəti arasında görüş keçirilib.
 
Komitədən verilən məlumata görə, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması məsələsi görüşün əsas müzakirə mövzusu olub.
 
Müzakirələrin nəticəsində hər iki qurum arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılıq əldə edilib. İmzalanacaq Memorandum layihəsində Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin hazırladığı standartların Azərbaycan ərazisində tətbiq edilməsi, standartların işlənməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və yerli kadrların bilik və bacarıqlarının artırılması üçün müvafiq sahədə ortaq treninqlər və təlimlərin, eləcə də ekspertlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi kimi məsələlər öz əksini tapıb.
 
Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti 1898-ci ildə ABŞ-da yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat materiallar, məhsullar, sistem və xidmətlər üzrə könüllü standartların işlənib hazırlanması ilə məşğul olur. Təşkilatın standartları Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında hazırlanır. Cəmiyyətin hazırladığı 12000-dək bazaryönümlü standartdan 5000-i dünyanın 60-dək ölkəsində milli standart kimi qəbul edilib. Təşkilatda 140 ölkədən 32000-dək biznes qurumu, istehlakçı birlikləri, elmi müəssisələr təmsil olunur. Eyni zamanda təşkilatda 140 adda standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Texniki komitələr metal konstruksiyaları, neft, istehlak malları, eləcə də nanotexnologiyalar və sənaye biotexnologiyaları sahələri üzrə ixtisaslaşıblar.
 
Təşkilatın mənzil qərargahı ABŞ-ın Pensilvaniya ştatında yerləşir və Belçika, Çin, Kanadada regional mərkəzləri fəaliyyət göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info