“Sarkisyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır“
Tarix: 17.11.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Dünən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xəttin" olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar edərək insidentin qarşısını birgə almağı təklif edib. Millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidentinin bu təklifinin anormal addım olduğunu deyib:
“Görünür Sarkisyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Dünya yaxşı bilir ki, ortada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan Ermənistandan ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Bu torpaqlar isə 1991-1994-cü illərdə məhz Serj Sarkisyan Ermənistanın müdafiə naziri olarkən işğal edilibdir. Dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdıracaq mexanizm yoxdur. Nədənsə Sarkisyan bu “qaynar xətti” müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə təklif etmirdi”.
Millət vəkili deyib ki, Ermənistan atəşkəsin pozulmasını yox, Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmağı düşünməlidir: “O yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır. Azərbaycan Prezidenti İlham Əliyev demişkən "erməni əsgəri ölmək istəmirsə, o rədd olub Azərbaycan torpaqların çıxıb getməlidir". Serj Sarqsayan ancaq bir halda Azərbaycan Prezidentinə zəng edə bilər : öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info