Belarus Azərbaycana birgə müəssisə yaratmağı təklif edir
Tarix: 17.11.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər



Azərbaycan Belarusun aqrar şəhərciklər yaratmaq və yeyinti sənayesini inkişaf etdirmək təcrübəsinə maraq göstərir. Belarus hökumətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə noyabrın 16-da Belarus Baş nazirinin müavini Mixail Rusının Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşündə danışılıb.
M.Rusı deyib: “Sizi kənd təsərrüfatı sahəsi, ilk növbədə aqrar şəhərciklər maraqlandırdığı üçün biz bu sahədə yeniliklərimizi nümayiş etdirməyə, infrastruktur yaratmaq təcrübəmizi sizinlə bölüşməyə hazırıq. Bundan əlavə, istənilən modifikasiyalı və formalı südsağma məkanlarını, südsağan robotları sizə göstərə bilərik”.
Belarus və Azərbaycan yeyinti sənayesində əməkdaşlığı perspektivli sayırlar. Məsələn, Azərbaycan Belarusun qənnadı məhsullarına, alkoqollu içkilərinə və başqa mallarına maraq göstərir. Rusı belə bir təkliflə çıxış edib: “Tütünçülüklə bağlı işlərə yaxşı başlamışıq. Sizinlə sıx işləməyə hazırıq. Hər şey sizin bu işdə nə qədər maraqlı olmağınızdan asılıdır. Ayrıca biz birgə müəssisələrin yaradılması, məsələn, meyvə-tərəvəz məhsulunun Belarusda emalının təşkili istiqamətində çalışmağa hazırıq”.
Belarusun kənd təsərrüfatı texnikasının istehsalında da Azərbaycanla qarşılıqlı fəaliyyətə hazır olduğunu diqqətə çatdıran M.Rusının fikrincə, bu baxımdan regionlararası əlaqələrə xüsusi diqqət yetirilməlidir. O deyib: “Birlikdə çox işlər görə bilmək üçün real imkanımız var”.
M.Rusı qeyd edib ki, bu gün müzakirə edilən layihələr Belarus Prezidentinin noyabrın sonunda Azərbaycana planlaşdırılan səfəri zamanı danışıqlar mövzusu üçün əsas olacaq. O deyib: “Bu, ölkələrimiz arasında münasibətlərin inkişafında növbəti yaxşı addım olacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info