500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb
Tarix: 17.11.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri başa çatıb. . İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirir ki, 9-15 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində Azərbaycan şirkətləri Honq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində və Quancou şəhərində “Interwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edib. Azərbaycan şərabları hər iki sərgidə iştirakçılar və media nümayəndələri tərəfindən maraqla qarşılanıb, Azərbaycanın “ASPI Winery” şirkətinin istehsalı olan “Savalan” şərabı isə qızıl medala layiq görülüb. Sərgi iştirakçılarına həmçinin, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib, müxtəlif çap materialları təqdim olunub. Səfər zamanı Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, AZPROMO-nun Çindəki nümayəndəliyinin dəstəyi ilə yerli distributorlar və potensial müştərilərlə görüşlər keçiriblər. İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycan şərablarının dequstasiyası keçirilib, “ASPİ Winery” şirkəti tərəfindən şərablarımızın istehsal texnologiyasına dair master-klasslar təşkil olunub. Qeyd edək ki, Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri Azərbaycan Prezidentinin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” fərmanına uyğun olaraq təşkil edilib və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb. Növbəti ixrac missiyası 27-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil ediləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info