Novruz bənövşələri, özgə dildə salamlar və ana dilli filoloq
Tarix: 17.11.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Maraqlı məqamdır. Kollektivimizin təcrübəli əməkdaşlarından olan Firuzə xanım Əliyeva haqqında qələmə almaq istədiyimiz sətirlərin əvvəlində onun özündən əvvəl otaq yoldaşı Rəfiqə xanım Əsgərova yada düşür. Bu isə Rəfiqə xanımın qismətindən deyil, əməllərindən qaynaqlanan bir “təsadüfdür”. Çünki o, iş yoldaşlarımızın, həmkarlarımızın həyatındakı əlamətdar günləriə, faktlara, hadisələrə hamıdan çox sevinir və həmin sevinci dərhal bütün kollektivin bilməsinə imkan yaradır. Sanki Allah bu xanımı sevincıi günlər, anlar üşün yaradıb. Elə Firuzə Əliyevanın daha bir yubiley yaşına çatması barədə məlumatı da mənə o verdi və... istədiyinə nail oldu. Yəni o istəyirdi ki, Firuzə xanım haqqında nə isə yazaq.


İnsafən, mən özüm də belə bir günü gözləyirdim. Çünki şöbə müdirimiz Telman Heydərov təqaüdə gedəndən sonra redaksiyada mənim uşaqlıq illərimin xatirələrini, Qəbələnin ilk baharının kövrək gözəlliyi haqqında duyğularımı bölüşəcək yeganə adam məhz Firuzə xanımdır. Belə ki, Firuzə xanımın nəsil-nəcabəti köklü şəkildə bakılı olsa da, mərhum atası xidməti işləri ilə əlaqədar təxminən 10 il Qutqaşendə ( indi Qəbələdir) yaşamış və Firuzə bizim Mirzəbəyli kəndinin qonşuluğundakı Nic kəndində dünyaya gəlmişdir. Həmin on ilin xatirələrini elə danışır ki, dediyi lövhələrin hamısını sanki köhnə bir lentə baxırmış kimi görürəm. Əslində isə xatirələri eşitmək asan, görmək çox çətin olur. Yəqin, xatirələri görə bilmək üçün hansısa bir doğmalıq olmalıdır.

Firuzə Əliyeva ilə məni bir-birimizə ruhən, mənəvi baxımdan yaxınlaşdıran bir neçə məqamı yada salmaq istəyirəm. O da körpəliyindən tolerant mühitdə böyüyüb, mən də. Yəni hər ikimizin ömrümüzün ilk illəri udin və ləzgi uşaqları arasında keçib. Evdə ana dilində, həyətdə özgə dildə salamlaşmaq qisməti. Bu, çox mühüm faktdır. Hər ikimiz cüzi də olsa, udin dilini bilirik. Hər ikimiz noyabrda doğulmuşuq. Hər ikimiz fevralın axırlarında qarın altından çıxan kimi insanın ruhunu oxşayan göy çiçəklərin salamını almış, Novruz ərəfəsində bənövşə dəstələmişik. Hər ikimiz bütün dərslərdən çox ədəbiyyatı sevmişik. Amma o, universiteti başa vuranda filoloq ola bilib, mən isə yox. Hər ikimiz aldığımız ali təhsil ixtisası üzrə -- o filologiya, mən isə mədəni-maarif – bir saat olsa belə işləməmişik. Hər ikimiz müstəqil həyata qədəm qoyanda hara, hansı səmtə getmək istədiyimizi aydın şəkildə bilsək də, tale, qismət çörəyimizi başqa sahədən yetirib.


O, ali təhsil aldıqdan sonra Moskva Ticarət Nazirliyinin (bu nazirlik Rusiyanın yox, bilavasitə Moskvanın idi) nəzdində fəaliyyət göstərən “AzTorqReklam” adlı şirkətdə uzun illər şöbə müdiri və Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Yenə də 20 il özgə dildə salamlaşmaq. İxtisasca filoloq olması, üstəlik, rus dilini mükəmməl bilməsi onun paytaxtın ən yaxşı reklam mütəxəssislərindən biri kimi tanınmasına kömək olub. Yəni bu xanım reklam işinin həqiqi mütəxəssisi, uzmanıdır. Elə “Xalq qəzeti”nin reklam şöbəsində çalışdığı 20 ildə də həm üzərinə düşən vəzifənin yerinə yetirilməsində, həm də, kollektivin ictimai həyatında daim öndə olub. Birlikdə təşkil edilən bütün tədbirlərdə Firuzə xanımın xüsusi yeri olur.


Bir xatirəni yada salım. Milli Mətbuatımızın 135 illiyi münasibətilə Xızıya səfər təşkil etmişdik. Kollektivimizin üzvlərindən biri səfər barədə təəsüratları barədə nəzmə aldığı sətirlərdə yol yoldaşlarımızın hamısı haqqında ayrıca bənd yaratmışdı. Orada qiymətli daşlara işarə edilərək yazılmış belə bir fikir var idi ki, meşələrin zümrüd tacı bizi cəlb etmədi, çünki bizim Firuzəmiz var idi.

Firuzə xanım təkcə ədəbiyyatı, şeiri, qəzəli çox sevmir, həm də milli musiqimizin, xüsusən, muğam sənətimizin vurğunlarındandır. Onunla muğam barədə söhbət edəndə hiss edirsən ki, qardaşı, Xalq artisti, ustad tarzən Zamiq Əliyevin və yaxın qohumu, Xalq artisti, ustad xanəndə Ağaxan Abdullayevin muğam dünyasından bu xanımın üstünə də az sıçramayıb. Bəlkə elə ona görədir ki, hamı tərəfindən sevilir.


Yazıya vermək istədiyimiz sonluq əvəzi. Təxminən 25 əsr əvvəl yaşadığı deyilən Siddhartha Qautama Budda ( buddizmin banisi) deyibmiş ki, Qadın hər şeyi fitrətən bilir, kişi isə kitablardan öyrənir. Gör həmin ifadədən 25 əsr keçəndən sonra qadınlar nə qədər bilirlər. Bu bir zarafatdır. Amma Firuzə xanım sözün həqiqi mənasında hər şeyi yerli-yerində biləndir. Ad gününüz mübarək!


İttifaq MİRZƏBƏYLİ,

Əməkdar jurnalist




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info