Türki Əl-Daxil: “Prezident İlham Əliyevin Konqresdəki parlaq nitqi mənə dərin təsir bağışladı”
Tarix: 17.11.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin parlaq nitqi mənə dərin təsir bağışladı. Dövlət başçısı qədim Azərbaycan sivilizasiyası, dərin köklərə malik tarixi və mədəni dəyərlər barədə ətraflı məlumat verdi. Multikulturalizmin və dini dözümlülüyün Azərbaycanın dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini vurğuladı.
Konqresin iştirakçısı, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” xəbər kanalının baş direktoru Türki əl-Daxil bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
Müsahibimiz qeyd edib ki, bu siyasət sayəsində Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqa sanballı töhfə verir. Azərbaycan ilə Səudiyyə Ərəbistanını dostluq, qardaşlıq münasibətləri bağlayır, ölkələrimiz arasında bir sıra siyasi, beynəlxalq və regional məsələlər barədə qarşılıqlı anlaşma var.
Bakı haqqında təəssüratlarını da bölüşən “Əl-Ərəbiyyə” telekanalının baş direktoru deyib: “Paytaxtınız çox gözəldir. Burada qədimlik və müasirlik birləşir. Möhtəşəm binalar ucaldılıb. Qardaş Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulamaq istəyirəm”.
Türki əl-Daxil Konqresin keçirildiyi Heydər Əliyev Mərkəzini nadir memarlıq nümunəsi adlandıraraq, onun həm xarici, həm də daxili tərtibatının mükəmməl olduğunu qeyd edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info