Şimal bölgəsinə səyahət İsmayıllı məktəblilərinin ürəyincədir
Tarix: 17.11.2016 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


İsmayıllı rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 17-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin rayon rəhbərləri, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, “Ölkəmizi tanıyaq” layihəsinin Prezident İlham Əliyevin gənc nəslə, təhsil sisteminə diqqət və qayğısının nəticəsi olduğunu söyləyib. M.Sadıqov, eləcə də digər çıxış edənlər tur-aksiyanın şagirdlərə ölkəmizi daha yaxşı tanımaqda, tarixini, coğrafiyasını, sosial-iqtisadi inkişaf səviyyəsini öyrənməkdə böyük kömək edəcəyini vurğulayıblar.
Təhsil şöbəsinin müdiri Rasim Orucov qeyd edib ki, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya şagirdlərin vətənpərvərlik tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu gün hər bir məktəbli öz ölkəsini yaxşı tanımalıdır.
Məktəblilər şimal bölgəsi ilə tanışlığı səbirsizliklə gözlədiklərini bildirib, tur-aksiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını deyiblər.
Görüşdən sonra şagirdlər yola salınıblar. Onlar Şamaxıda digər rayonlardan olan həmyaşıdları ilə görüşəcək, sonra Qubaya yollanacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info