Cəfər Cəfərov: “Ölkəmiz bütün sahələrdə inkişaf edir, müasirləşir, daha da qüdrətli olur”
Tarix: 17.11.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 17 Noyabr-Milli Dirçəliş Gününə həsr edilmiş “Vətəndən pay umma!” adlı tədbir keçirilib. ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən və bədii-musiqili hissədən ibarət olan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra TGT-nin fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilib. Tədbirdə həmçinin Milli Dirçəliş Gününü və eləcə də azadlıq uğrunda mübarizəmizi əks etdirən videoçarx nümayiş olunub. Tələbələr Azərbaycanı, vətəndaşlığı, vətənpərvərliyi, milli birliyi, dövlətçiliyə sədaqəti, ana dilimizi, milli mədəniyyətimizi, musiqimizi təbliğ və tərənnüm edən şeir və mahnılar oxuyublar, rəqslər ifa ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək universitetin kollektivini Milli Dirçəliş Günü münasibətilə təbrik edərək uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin ölkəmizə qarşı torpaq iddialarına rəvac verən, xalqımızın hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabr ayının 17-də başlandı. Həmin gün xalqımızın milli-azadlıq mübarizəsi və dövlətçiliyi tarixində mühüm rol oynamış, ölkəmizin müstəqil dövlət kimi formalaşması üçün dönüş nöqtəsi olub. 70 ildən çox keçmiş SSRİ-nin tərkibində öz dövlət müstəqilliyindən məhrum olmuş xalqımız Azadlıq meydanında milli birlik və vətəndaş həmrəyliyi nümayiş etdirib. Xalqımız bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Rektor qeyd edib ki, Ermənistanda və Qarabağın dağlıq hissəsində Azərbaycana qarşı yönəldilmiş soyqırımı Sovet Ordusu tərəfindən dəstəklənirdi. Silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə yetirdilər. Vəzifə kreslosunu qoruyub saxlamaq naminə mərkəzi hakimiyyət qarşısında yaltaqlanan və acizlik göstərən o zamankı kommunist rəhbərliyi xalqın və Vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi. Bütün bu ədalətsizliklərə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan xalqımız 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Fövqəladə vəziyyət elan olundu, komendant saatı tətbiq edildi. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış bu hərəkat tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusu bu hərəkatı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək zindanlara salındı. Lakin xalqımızın mübarizə əzmini qırmaq mümkün olmadı. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 Noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. 1991-ci il oktyabrın 18-də yenidən öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan sonradan bir daha parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bu təhlükəni aradan qaldırdı, ölkədəki xaos və qarşıdurmaya son qoyuldu. Müdrik siyasi xadim Heydər Əliyev müstəqil, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətini qurdu, gücləndirdi və onu beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevirdi. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində uğurla inkişaf edir, müasirləşir, daha da qüdrətli olur, onun beynəlxalq siyasi nüfuzu durmadan yüksəlir. Rektor Cəfər Cəfərov çıxışının sonunda tələbə-gənclərə yaxşı oxumağı, ictimai həyatda fəal olmağı, müasir dövrün yeni çağırışlarına cavab verən yüksək səviyyəli mütəxəssislər kimi yetişməyi tövsiyə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info