“Ot tayası” rəsmi 81 milyon dollara satılıb
Tarix: 17.11.2016 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“Christie’s” satış evi yeni rekord müəyyən edib. Klod Monenin 1891-ci ildə çəkdiyi “Ot tayası” rəsmi 81 milyon dollara satılıb. Bu, dahi impressionistin ən bahalı əsəridir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Mone ot tayalarınin təsvir olunduğu təxminən 30 əsərin müəllifidir. “Christie’s” hərracında rekord qiymətə satılan nümunə onların arasında ən erkən çəkilmiş rəngarəng rəsmlərdən biri sayılır.
Satış evinin nümayəndəsi Konor Cordan dahi rəssam Klod Monenin əsərlərinin muzey ekspozisiyalarında saxlanıldığını, hərraca çıxarılan əsərin isə şəxsi kolleksiyadakı nadir istisnalardan biri olduğunu qeyd edib.
Hərracda qeydə alınan daha bir rekord isə Vasili Kandinskinin 23 milyon 300 min dollara satılan “Sərt-elastik” adlı rəsm əsərinə aiddir. 1935-ci ildə çəkilən bu əsər uzun müddət Amerika muzeylərindən birində saxlanılıb. Ekspertlər onu unikal sənət nümunəsi adlandırırlar. Belə ki, Kadinski rəsmi çəkərkən boyalarla qum qataraq eksperiment aparıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
4 Ətli dovğa
5 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info