Azərbaycan ilə Dubay Əmirliyi arasında özəlləşdirmə prosesi müzakirə edilib
Tarix: 17.11.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Azərbaycan və Dubay Əmirliyi arasında iqtisadi-ticarət əlaqələri çərçivəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi müzakirə olunub.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr komitənin sədri Kərəm Həsənovun Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
K.Həsənov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb. Komitənin sədri ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar fonunda əmlak idarəçiliyi, eləcə də dövlət əmlakının özəlləşdirilməsi sahəsində icra edilən iri layihələr, tətbiq olunan innovasiyalar və əldə edilən nailiyyətlərdən söz açıb. O, ölkəmizdə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirmənin və bu sahəyə investisiyaların cəlb edilməsinin prioritet istiqamət olduğunu və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.
Komitə sədri müasir yanaşmalar əsasında özəlləşdirmə prosesinin reallaşdırılması üçün qabaqcıl dünya təcrübəsinin öyrənildiyini, bu sahədə “Böyük dördlük” kimi tanınan şirkətlərin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının tövsiyələrinin nəzərə alındığını qeyd edib. Özəlləşdirmə prosesində müasir texnologiyaların, elektron xidmətlərin və innovativ üsulların tətbiq edildiyi, iqtisadiyyatın müxtəlif sahələri üzrə yeni dövlət müəssisə və obyektlərinin özəlləşdirilməyə açıldığı, özəlləşdirmə üzrə hərracların müasir standartlar əsasında daha modern və operativ qaydada keçirildiyi bildirilib. K.Həsənov həmçinin xarici dövlətləri təmsil edən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan potensial investorlar üçün Azərbaycanda münbit investisiya mühitinin olduğunu vurğulayıb. Həyata keçirilən özəlləşdirmə prosesində belə investorların və maraqlı tərəflərin fəal iştirakı üçün geniş imkanların yaradıldığı bildirilib.
Görüşdə noyabrın 22-24-də Bakıda keçiriləcək “RecExpo II” – Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi barədə məlumat verilib, BƏƏ şirkətləri sərgidə iştirak etməyə dəvət edilib. Eyni zamanda, Azərbaycan və BƏƏ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində dövlət əmlakının özəlləşdirilməsi və investisiyaların cəlb olunması sahəsində geniş təcrübə və məlumat mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info