Robot bostanda alaq otlarını biçəcək
Tarix: 17.11.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Amerikalı ixtiraçı Co Counz bostanda alaq otlarının biçilməsi üçün robot icad edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, kənd təsərrüfatının avtomatlaşdırılması üçün sistemlər hazırda əksər ölkələrdə hazırlanır. Belə ki, bundan əvvəl ABŞ-ın “FarmBot Inc.” şirkəti eyniadlı robot fermasının seriyalı istehsalı üçün vəsait toplamağa başlayıb. Apreldə Yaponiya fermerlərin təqaüdə çıxdıqdan sonra robotlarla əvəz edilməsini nəzərdə tutan proqram təqdim edib. Bu məqsədlə ölkədə 20 yeni aparat növü hazırlanır.
C.Counzun “Tertill” adlanan yeni robotu günəş batareyası, akkumulyator, otbiçən maşın və yaxınlaşma ötürücüləri ilə təchiz edilən dördtəkərli qurğu səkilindədir. Alaq otunu aşkar edən robot otbiçəni işə salaraq onu kəsməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, robot klirensdən keçən bütün bitkiləri alaq “hesab edir”. Həmçinin aparat hələ bitməmiş əkinləri və hündür bitkiləri çəpərləyən tordan yan keçə bilir.
İxtiraçının sözlərinə görə, “Tertill” seriyalı istehsala hazır olan zaman iki əlavə funksiya ilə təchiz ediləcək. Məsələn, robot öz istifadəçisinin smartfonuna torpağın və əkinin vəziyyəti barədə məlumatlar ötürə, eləcə də quşları qorxudan müqəvva funksiyasını yerinə yetirə biləcək.
Robotun istehsalı üçün ixtiraçı "Franklin Robotics” şirkətini təsis edib. Bundan əvvəl isə o, “Roomba” robot tozsoranını yaratdığı “iRobot” şirkəti ilə əməkdaşlıq edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı
26.09.2020
Dünyanın ən “çirkin“ təyyarəsinin adı açıqlanıb
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info