AZƏRTAC ilə xarici informasiya agentlikləri arasında sənədlər imzalanıb
Tarix: 17.11.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Noyabrın 17-də Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İspaniyanın Beynəlxalq Xəbər Agentliyi (EFE) arasında Çərçivə Əməkdaşlıq Sazişi, Paraqvay İnformasiya və Kommunikasiya Katibliyinin (SICOM) IP agentliyi arasında əməkdaşlıq haqqında Saziş və Bəhreyn Xəbər Agentliyi (BNA) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, İspaniyanın EFE agentliyinin icraçı prezidenti Jose Antonio Vera Gil, Paraqvay informasiya və kommunikasiya nazirinin müavini Rodney Alferdo Acevedo Rodriguez və BNA-nın baş direktoru Muhannad Sulaiman Mohsen Alnoaimi imzalayıblar.
Qarşılıqlı maraqlar və məqsədlər nəzərə alınmaqla AZƏRTAC ilə EFE agentliyi arasında imzalanmış Çərçivə Əməkdaşlıq Sazişinin məqsədi informasiya və xəbərlər mübadiləsi sahəsində ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirməkdir.
AZƏRTAC ilə Paraqvayın İP agentliyi arasında imzalanmış Sazişdə tərəflərin milli qanunvericiliklərinə və dövlətlərinin iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq informasiya, mətn, foto və video, həmçinin jurnalistika və idarəçilik sahələrində ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tərəflər redaktə və texniki işçilərin müntəzəm qarşılıqlı səfərləri vasitəsilə təcrübələrini və texniki biliklərini bölüşmək barədə razılığa gəliblər.
Bəhreynin BNA agentliyi ilə imzalanmış Anlaşma Memorandumunda isə tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq informasiya mübadiləsi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmələri nəzərdə tutulur.
İmzalanma mərasimində diqqətə çatdırılıb ki, bundan sonra agentliklər əlaqələri daha da genişləndirəcək, mübadilə olunan informasiyanın həcmini artıracaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
ASCO-nun gəmiləri Xəzər dənizində növbətçiliklərini davam etdirirlər
18.01.2019
Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir
18.01.2019
Yanvarın 18-dən sonra ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir
18.01.2019
Keyfiyyətsiz qida yüzlərlə xəstəliyə səbəb ola bilər
18.01.2019
BNA-dan sürücülərə xəbərdarıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info