Beynəlxalq Tələbə-Gənclər Həftəsi yaddaqalan tədbirlərlə yekunlaşıb
Tarix: 17.11.2016 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş yekun mərasim keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında tələbə gəncliyin kamil mütəxəssis, layiqli vətəndaş, vətənpərvər ziyalı kimi yetişməsi üçün hərtərəfli şərait yaradıldığını, onların dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Rektor, universitetdə təhsil alan tələbələrin elm, təhsil, idman, incəsənət sahəsində qazandığı uğurlardan bəhs edərək bugünkü gəncliyin üzərinə düşən azərbaycançılıq məfkurəsinə, Heydər Əliyev ideyalarına sədaqət kimi başlıca vəzifələrdən danışıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib. ATGTİ sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək 17 noyabr Beynəlxalq Tələbə Gününün 1939-cu ildə faşistlərin işğalı altında olan Çexoslovakiyada Respublika günü münasibəti ilə küçələrə axışan, kütləvi həbslərə və edama məhkum olan vətənpərvər çex tələbələrin adı ilə bağlı olduğunu, 1946-cı ildə Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edildiyini, ölkəmizdə də ənənəvi şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Çıxışda Azərbaycan gəncliyinin dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsindən, onlara göstərilən yüksək etimaddan, Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində universitetdə keçirilən silsilə tədbirlərdən danışılıb. Tədbirin sonunda Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə keçirilən viktorinada qalib gələn İqtisad fakültəsinin komandasının üzvlərinə diplomlar təqdim olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info