“Elə etməsinlər ki...”
Tarix: 18.11.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ilə “Russia Today” telekanalının jurnalisti Qayane Çiçakyan arasında baş verən mübahisəyə münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisənin nazir Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə görüşdə müzakirə ediləcəyini söyləyib. O, S. Lavrovun Peruda amerikalı həmkarı ilə görüşəcəyini və Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin davranışı ilə bağlı məsələni də qaldıracağını vurğulayıb. Qeyd edək ki, noyabrın 16-da keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ilə “Russia Today” telekanalının müxbiri Qayane Çiçakyan arasında mübahisə yaşanıb. Rusiyalı jurnalist ABŞ tərəfinin Suriyada Rusiya aviasiyasının mülki obyektləri bombalaması barədə sübutların olub-olmaması barədə sual verib. C. Kirbi cavabında RT-nin müxbirinə bu suala cavabı Rusiya hökumətindən soruşmasını istəyib: “Öz hökumətinizdən soruşa bilmədiklərinizi bizdən soruşursunuz”. Daha sonra C. Kirbi “Russia Today” ilə digər media orqanlarını müqayisə edib və onları bir tutmadığını bildirib. Bundan sonra Q. Çiçakyan brifinqi tərk edib. Zaxarova dünən keçirdiyi brifinqdə C. Kribinin bu münasibətinin cavabsız qalmayacağını deyib: “Elə etməsinlər ki, gələn brifinqdə biz də amerikalı jurnalistlər üçün ayrıca yer təşkil edək”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info